• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Özbəkistan rus qırıcılarından imtina etdi — Bu ölkə ilə razılığa gəldilər

Dünya

Dün, 23:38



Özbəkistanın Müdafiə Nazirliyi Çin istehsalı Chengdu J-10C çoxməqsədli qırıcılarının ölkənin hava məkanının mühafizəsi üzrə döyüş növbəsinə cəlb edildiyini açıqlayıb.

Presedenttv.com Demokrat.az-a istinadla bildirir ki, nazirliyin "Telegram" kanalında yayılan məlumata görə, J-10C-lər Özbəkistan Hərbi Hava Qüvvələrinin tərkibində xidmət göstərəcək. Alınan təyyarələrin sayı, tədarük müddəti və müqavilənin dəyəri açıqlanmayıb.

Çin tərəfi ilə sövdələşmənin detalları barədə də rəsmi təsdiq yoxdur. Bununla belə, “Defence Security Asia”, “Military Watch Magazine” və “The Aviationist” kimi müdafiə nəşrləri Daşkəndin 2025-ci ilin yayında 24 ədəd J-10CE qırıcısının alınması barədə razılığa gəldiyini yazıb.

Məlumatlara görə, ilk dörd təyyarə 2026-cı ilin iyulunda Özbəkistana çatdırılıb.

Həmin məlumatlarda özbək pilot və texniki heyətinin Çində hazırlıq keçdiyi də bildirilir. Lakin nə Daşkənd, nə də Pekin bu məlumatları rəsmi şəkildə təsdiqləyib. “Times of Central Asia” nəşrinin sorğusuna isə Özbəkistan Müdafiə Nazirliyi cavab verməyib.

Çin qırıcılarının Özbəkistan səmasında xidmətə başlaması Daşkəndin yeni döyüş təyyarələri axtarışının təxminən onillik tarixində yeni mərhələdir.

Özbəkistan 2017-ci ildən Rusiya ilə Su-30 qırıcılarının alınması barədə danışıqlar aparırdı. Məsələyə 2024-cü ildə də qayıdılsa da, müqavilə imzalanmayıb. Daşkəndin 2023-cü ildə Fransanın “Rafale” qırıcılarını almaq cəhdi də nəticəsiz qalıb.

“The Military Balance”ın 2024-cü il məlumatlarına əsasən, həmin dövrdə Özbəkistan Hərbi Hava Qüvvələrinin döyüş parkında 12 MiQ-29 var idi. Daha 18 MiQ-29 və 26 Su-27 anbarda saxlanılırdı. Hava dəstəyində istifadə olunan Su-25 hücum təyyarələri isə əsasən sovet dövründən qalan texnikalardan ibarət idi.

Daşkəndin hərbi məsələlərdə Moskvadan uzaqlaşması yeni proses deyil. Özbəkistan 2012-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxıb.

Ekspert nəşrlərinin qiymətləndirməsinə görə, Çin təyyarələrinin seçilməsində Rusiyanın müdafiə sənayesinin iri ixrac sifarişlərini vaxtında yerinə yetirmək imkanları ilə bağlı suallar da rol oynaya bilər. Rusiya istehsal güclərinin əhəmiyyətli hissəsi hazırda öz ordusunun tələbatının qarşılanmasına yönəlib.

Daşkəndin qərarı Rusiyanın qlobal silah ixracatındakı mövqeyinin zəiflədiyi bir dövrə təsadüf edir. SIPRI-nin məlumatlarına görə, Rusiyanın dünya silah ixracındakı payı 2016–2020-ci illərdəki 21 faizdən 2021–2025-ci illərdə 6,8 faizə düşüb.

Rusiya buna baxmayaraq, ABŞ və Fransadan sonra dünyanın üçüncü ən böyük silah ixracatçısı olaraq qalır. Moskvanın əsas müştəriləri arasında Hindistan, Çin və Belarus yer alır.

Bununla belə, Mərkəzi Asiyada sovet və Rusiya istehsalı hərbi texnikadan istifadə edən ölkələr üçün texniki xidmət və ehtiyat hissələri baxımından Rusiya hələ də mühüm mövqeyə malikdir. Özbəkistanın yeni döyüş təyyarələri üzrə seçimi isə bu dəfə Moskvanın deyil, Pekinin xeyrinə olub.


Paylaş:
Digər xəbərlər

Dünya

19-01-2026, 09:35

İsrail F-35 qırıcı təyyarələrinin sayını 48-ə çatdırdı

Dünya

Dün, 23:39

Qurudan atılan "ÇAKIR" dənizdəki hədəfi məhv etdi

---

6-10-2025, 09:30

Hindistan Rusiyadan əlavə beş S-400 sistemi almağı nəzərdən keçirir

Dünya

24-08-2026, 10:30

Ukrayna və Finlandiya birgə dron istehsalına başlayır

---

4-08-2025, 13:00

Özbəkistan hökuməti “Sea Breeze Uzbekistan” istirahət mərkəzinin tikintisi layihəsini təsdiqləyib

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
31-08-2026, 16:00
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
28-08-2026, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
28-08-2026, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 23:45
    "1 milyon dollar böyük məbləğ deyil"
  • Dün, 23:39
    Qurudan atılan "ÇAKIR" dənizdəki hədəfi məhv etdi
  • Dün, 23:38
    Özbəkistan rus qırıcılarından imtina etdi — Bu ölkə ilə razılığa gəldilər
  • Dün, 19:30
    Anar Bayramov bu xanıma yüksək vəzifə verdi
  • Dün, 17:00
    Lamiyyə Ələkbərovaya yüksək vəzifə verildi
  • Dün, 14:30
    Sülh sazişi üçün YENİ mərhələ başlayır
  • Dün, 05:00
    Roza Zərgərli prezidentlərin qarşısında çıxış etdi
  • 31-08-2026, 23:43
    2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq
  • 31-08-2026, 22:00
    Okeana 62 ton soda tökdülər
  • 31-08-2026, 21:00
    Sabah da yağış yağacaq
  • 31-08-2026, 18:30
    Yumşaq dabanlar cəmi 10 dəqiqəyə: Sadə ayaq vannası nədir?
  • 31-08-2026, 16:00
    Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
  • 31-08-2026, 16:00
    Politoloq: "Yeni zərbələr daha geniş müharibəyə çevrilə bilər"
  • 31-08-2026, 15:30
    2026-cı ilin ən yaxşı büdcə smartfonları: Siyahıda "iPhone" da var
  • 31-08-2026, 15:30
    Məşhur türk brendinin təsisçisi ailə qurdu: 14 illik dostluq sevgiyə çevrildi — FOTOLAR
  • 31-08-2026, 14:30
    Bu zeytun yağında xərçəng yaradan maddə aşkarlandı
  • 31-08-2026, 14:30
    Prezidentə təqdim edilən əşyalar nədir? — FOTOLAR
  • 31-08-2026, 14:00
    "Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib"
  • 31-08-2026, 14:00
    Xalq Bankdan daşınmaz əmlak girovu ilə kredit üzrə sərfəli kampaniya
  • 31-08-2026, 12:30
    Kayseridə zəlzələ — AFAD ilk məlumatları açıqladı
  • 31-08-2026, 10:30
    Baku City Residences kompleksində qeyri-yaşayış sahəsi əldə etmək üçün sərfəli kredit
  • 31-08-2026, 09:00
    Təyyarəyə hansı poverbankı götürmək olar?
  • 30-08-2026, 13:00
    Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq
  • 30-08-2026, 01:54
    Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
  • 29-08-2026, 23:30
    Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib
  • 29-08-2026, 23:00
    Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb
  • 29-08-2026, 22:10
    ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
  • 29-08-2026, 21:30
    Mirzoyan Ermənistanın yeni diplomatik hədəflərini açıqladı
  • 29-08-2026, 20:00
    Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb
  • 29-08-2026, 20:00
    Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib
  • 29-08-2026, 17:30
    Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI
  • 29-08-2026, 17:00
    Gözəl Zutova dünya çempionu oldu - FOTO
  • 29-08-2026, 15:00
    Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir
  • 29-08-2026, 13:30
    Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə