• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Politoloq: "Yeni zərbələr daha geniş müharibəyə çevrilə bilər"

Siyasət

Dün, 16:00


ABŞ silahlı qüvvələri Hörmüz boğazı yaxınlığında İranın raket buraxılış qurğularına zərbə endirib. ABŞ qüvvələri boğazda raket buraxmağa və dəniz minaları yerləşdirməyə hazırlaşan İslam İnqilabı Keşikçiləri Korpusunun qruplaşmalarına hücum edib.
Gərginlik daha uzunmüddətli və genişmiqyaslı münaqişəyə gətirib çıxara bilərmi, yoxsa tərəflərin əvvəlki qarşılıqlı zərbələri kimi sonradan səngiməsi gözlənilir?

Presedenttv.com xəbər verir ki, Demokrat.az-a bu barədə açıqlama verən politoloq Rəşad Bayramov bildirib ki, ABŞ və İran arasında yenidən birbaşa hərbi zərbələrin baş verməsi göstərir ki, əvvəlki atəşkəsi və nisbi sakitliyi davamlı siyasi razılaşmaya çevrmək mümkün olmadı:

"ABŞ qüvvələri Hörmüz boğazındakı Larak adasında İranın iki raket buraxılış qurğusuna zərbə endirib. Vaşinqtonun açıqlamasına görə, İnqilab Keşikçiləri Korpusunun bölmələri raketlərdən istifadə etməyə və dəniz minaları yerləşdirməyə hazırlaşırdı. Tehran isə cavab olaraq İordaniyadakı ABŞ hərbi obyektlərinə ballistik raketlər buraxıb. Bu, iyulun sonundan bəri tərəflər arasında ilk birbaşa hərbi toqquşmadır. Baş verənlər tammiqyaslı və uzunmüddətli ABŞ–İran müharibəsinə səbəb ola bilsə də, lakin hələlik tərəflər nəzarət oluna bilən eskalasiyaya üstünlük verəcəklər. Yəni, davamlı və tammiqyaslı qarşıdurma yox, təkrar-təkrar baş verən eskalasiya yolu seçiləcək. Bunun əsas səbəbi tərəflərin qarşılıqlı olaraq müəyyən qırmızı xətlərə malik olmasıdır. ABŞ üçün indi vacib olan Hörmüz boğazında beynəlxalq gəmiçiliyin təhlükəsizliyidir. İran üçün isə boğaz həm iqtisadi, həm də strateji təzyiq vasitəsidir. Bu səbəbdən minaların yerləşdirilməsi və ya ABŞ-nin boğazdakı hərbi əməliyyatlarının genişləndirilməsi kimi addımlar yeni zərbələri tətikləyə bilər".

Politoloq qeyd edib ki, digər tərəfdən, hazırkı zərbələrin miqyası tərəflərin hələ də tam müharibədən qaçmağa çalışdığını göstərir:

"ABŞ-nin Larak adasındakı konkret hərbi obyektləri vurması Vaşinqtonun mesajının daha çox Hörmüzün bağlanmasına imkan verməməklə bağlı olduğunu göstərir. İranın cavabının isə yalnız ABŞ qüvvələrinin yerləşdiyi obyektlərə yönəlməsi, lakin böyük regional infrastruktura zərbə vurmaması eskalasiyanı müəyyən çərçivədə saxlamaq cəhdi kimi qiymətləndirilə bilər. Lakin təhlükəli məqam odur ki, qarşılıqlı zərbələrin məntiqi özü-özlüyündə eskalasiya spiralına çevrilə bilər. Belə ki, bir tərəfin məhdud da olsa cavabı digər tərəfdən yeni cavab doğurur və hər növbəti mərhələdə əvvəlki qırmızı xətlər bir qədər genişlənir. Xüsusilə Hörmüz boğazında hər hansı gəminin vurulması, çoxsaylı insan itkisi və ya ABŞ hərbi bazalarına ciddi zərər dəyməsi vəziyyəti tamamilə dəyişə bilər. İqtisadi faktor da mühümdür. Boğazdan keçən qlobal neft tədarükünün təhlükə altına düşməsi artıq bazarlara təsir göstərir Məlumdur ki, yeni zərbələrdən sonra Brent nefti 90 dolları keçib və gəmiçilik fəaliyyəti ciddi şəkildə azalıb. Bu, ABŞ-yə beynəlxalq təzyiqi artırır, İrana isə müəyyən iqtisadi rıçaq verir, amma eyni zamanda İranın öz ixrac imkanlarını da məhdudlaşdırır. Ümumiyyətlə isə ən böyük ehtimal qarşılıqlı zərbələrin yenidən müəyyən müddətdən sonra səngiməsi, paralel olaraq vasitəçilər üzərindən danışıqların davam etdirilməsidir. Lakin əvvəlki dövrlə müqayisədə vəziyyət daha kövrəkdir. Əgər Hörmüz boğazında yeni mina yerləşdirmə cəhdi, ABŞ qüvvələrinə ağır itki və ya ABŞ tərəfindən İranın enerji infrastrukturlarına genişmiqyaslı hücum baş verərsə, hazırkı məhdud eskalasiya modeli çox daha uzun və geniş müharibəyə çevrilə bilər. Buna görə qarşıdakı günlərdə əsas indikator zərbələrin sayı deyil, tərəflərin növbəti cavabının miqyası və hədəflərinin coğrafiyası olacaq".

Paylaş:
Digər xəbərlər

Dünya

16-06-2025, 22:07

İran dövlət televiziyası raket zərbəsinə məruz qaldı

Dünya

30-06-2025, 13:53

Media: İranın zərbələri nəticəsində İsraildə 31 mindən çox bina zədələndi

---

19-08-2026, 22:47

Rusiya Silahlı Qüvvələri Xersonda mikroavtobusa zərbə endirib, ölənlər var

Dünya

3-07-2025, 17:37

Rusiya Odessanın liman infrastrukturuna ballistik raketlə zərbə endirib, ölənlər var

Gündəm / Siyasət

13-04-2025, 08:09

ABŞ Yəmənin cənub-qərbinə zərbələr endirib

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
Dün, 16:00
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
28-08-2026, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
28-08-2026, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 23:30
    2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq
  • Dün, 23:30
    "1 milyon dollar böyük məbləğ deyil"
  • Dün, 23:00
    Özbəkistan rus qırıcılarından imtina etdi — Bu ölkə ilə razılığa gəldilər
  • Dün, 22:30
    Qurudan atılan "ÇAKIR" dənizdəki hədəfi məhv etdi
  • Dün, 22:00
    Okeana 62 ton soda tökdülər
  • Dün, 21:00
    Sabah da yağış yağacaq
  • Dün, 18:30
    Yumşaq dabanlar cəmi 10 dəqiqəyə: Sadə ayaq vannası nədir?
  • Dün, 16:00
    Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
  • Dün, 16:00
    Politoloq: "Yeni zərbələr daha geniş müharibəyə çevrilə bilər"
  • Dün, 15:30
    2026-cı ilin ən yaxşı büdcə smartfonları: Siyahıda "iPhone" da var
  • Dün, 15:30
    Məşhur türk brendinin təsisçisi ailə qurdu: 14 illik dostluq sevgiyə çevrildi — FOTOLAR
  • Dün, 14:30
    Bu zeytun yağında xərçəng yaradan maddə aşkarlandı
  • Dün, 14:30
    Prezidentə təqdim edilən əşyalar nədir? — FOTOLAR
  • Dün, 14:00
    "Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib"
  • Dün, 14:00
    Xalq Bankdan daşınmaz əmlak girovu ilə kredit üzrə sərfəli kampaniya
  • Dün, 12:30
    Kayseridə zəlzələ — AFAD ilk məlumatları açıqladı
  • Dün, 10:30
    Baku City Residences kompleksində qeyri-yaşayış sahəsi əldə etmək üçün sərfəli kredit
  • Dün, 09:00
    Təyyarəyə hansı poverbankı götürmək olar?
  • 30-08-2026, 13:00
    Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq
  • 30-08-2026, 01:54
    Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
  • 29-08-2026, 23:30
    Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib
  • 29-08-2026, 23:00
    Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb
  • 29-08-2026, 22:10
    ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
  • 29-08-2026, 21:30
    Mirzoyan Ermənistanın yeni diplomatik hədəflərini açıqladı
  • 29-08-2026, 20:00
    Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb
  • 29-08-2026, 20:00
    Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib
  • 29-08-2026, 17:30
    Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI
  • 29-08-2026, 17:00
    Gözəl Zutova dünya çempionu oldu - FOTO
  • 29-08-2026, 15:00
    Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir
  • 29-08-2026, 13:30
    Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı
  • 29-08-2026, 12:00
    Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək
  • 29-08-2026, 10:00
    Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb
  • 29-08-2026, 10:00
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • 29-08-2026, 09:30
    Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə