• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Sülh sazişi üçün YENİ mərhələ başlayır

Siyasət

Dün, 14:30



Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdəki görüşü Cənubi Qafqazda sülh prosesinə diqqəti artırıb. Görüşdən sonra sülh gündəliyi üzrə təmasların davam etdirilməsi prosesin liderlər səviyyəsində qalmadığını göstərən mühüm məqamlardan biridir.

Bakı və İrəvan arasında münasibətlər son illərdə kifayət qədər mürəkkəb və ziddiyyətli mərhələlərdən keçib. Lakin artıq əsas məsələ keçmiş münaqişənin nəticələrindən daha çox, postmünaqişə dövrünün siyasi və hüquqi çərçivəsinin necə formalaşdırılmasıdır. Azərbaycan öz mövqeyini dəfələrlə ortaya qoyaraq sülhün yalnız siyasi bəyanatlarla deyil, qarşılıqlı öhdəliklərin hüquqi baxımdan təsbit olunması ilə mümkün olduğunu bildirir. Ermənistan tərəfi üçün də regionda uzunmüddətli sabitliyin və iqtisadi kommunikasiyaların açılmasının yeni imkanlar yaratdığı aydındır.

Bu baxımdan Bişkek görüşünü Azərbaycan-Ermənistan münasibətlərində tamamilə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olarmı?

 Presedenttv.com xəbər verir ki, Deputat Rizvan Nəbiyev Musavat.com-a bildirib ki, təhlükəsizlik məsələləri ilə yanaşı tədricən iqtisadi və bağlantı məsələləri gündəlikdə əsas mövzulara çevrilməkdədir:

“Bunlar isə uzunmüddətli sülhün və davamlı sabitliyin təmini üçün praktik əməkdaşlıq layihələridir. 2025-ci ilin avqustunda Tiencin sammiti çərçivəsində Prezident Əliyev və Baş nazir Paşinyan arasında görüşün keçirilməsi ŞƏT platformasının regional dialoq üçün əlavə məkan kimi istifadə oluna bildiyini göstərdi. 2026-cı ilin Bişkekdə yenidən ŞƏT platforması çərçivəsində görüşün baş tutması isə bunu bir daha təsdiqlədi. Bunlar göstərir ki, Azərbaycan ŞƏT-in daxilində də Ermənistanla keçmiş qarşıdurma gündəliyinin birdəfəlik aradab qalxması, Cənubi Qafqazda yeni sülh və bağlantı modelinin formalaşmasına çalışan dövlət kimi çıxış edir”.

Onun fikrincə, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin tezliklə imzalanması ŞƏT kontekstində də mühüm əhəmiyyətə malikdir: “Təbii ki, Ermənistanın sülh müqaviləsini imzalaması, davamlı sülh üçün möhkəm hüquqi bazanın təmini üçün konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını aradan qaldırması dəyişilməz şərtdir. Cənubi Qafqazda sülhün möhkəmlənməsi ŞƏT məkanından Avropaya uzanan nəqliyyat və ticarət marşrutlarının təhlükəsizliyini və səmərəliliyini artıran yeni geoiqtisadi şərait yaradır”.

Deputat vurğulayıb ki, Azərbaycanın Orta Dəhlizdəki üstünlüyü onun coğrafi mövqeyindən daha çox, bu coğrafiyanı müasir liman, dəmir yolu, avtomobil yolları və logistika infrastrukturu ilə iqtisadi dəyərə çevirməsindədir:

“Bu göstəricilər Azərbaycanın özünü sadəcə tranzit ölkə deyil, Avrasiya logistikasının regional qovşağı kimi təqdim etməsinə imkan verir. Zəngəzur dəhlizi, TRİPP marşrutunun gələcəkdə istifadəyə verilməsi ilə Orta Dəhlizin əlavə tamamlayıcı elementi kimi gündəm olacaq. 2025-ci il Vaşinqton Birgə Bəyannaməsində Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisindən keçən maneəsiz bağlantının təmin edilməsinin vacibliyi qeyd edildi və 2026-cı il yanvarında ABŞ və Ermənistan arasında TRIPP layihəsi üzrə çərçivəsi razılaşdırıldı. 2026-cı ilin mayında Ermənistan və ABŞ TRIPP üzrə çərçivə sazişi imzaladı. Prezident İlham Əliyev və Baş Nazir Nikol Paşinyan arasında avqustun 31-də Bişkekdə baş tutan görüşdə Liderlər Vaşinqton Sülh Zirvə görüşünün mühüm nəticələrindən biri olan “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nun (TRIPP) həyata keçirilməsi ilə bağlı növbəti praktiki addımlar barədə müzakirə apardılar. Liderlər TRIPP boyunca bağlantı layihələrinin əhəmiyyətini bir daha qeyd etdilər. Zəngəzur bağlantısı Azərbaycan-Ermənistan ikitərəfli əməkdaşlıq platformasını aşır. Onun daha geniş mənası Mərkəzi Asiya → Xəzər → Azərbaycan, Naxçıvan → Türkiyə → Avropa bağlantılarının şaxələndirilməsidir və burada Ermənistanla əməkdaşlıq imkanlarının açılmasıdır. Əsas siyasi nəticə odur ki, Zəngəzur bağlantısının tezliklə reallaşması Azərbaycanın, həmçinin Ermənistanın Mərkəzi Asiya ilə Avropa arasında tranzit rolunu daha da gücləndirə və Orta Dəhlizin qərb istiqamətində əlavə bağlantı yarada bilər. Bu da regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə mühüm töhfədir”.

Rizvan Nəbiyevin sözlərinə əsasən, Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, Azərbaycan və Ermənistan 30 illik münaqişəyə son qoyaraq sülh sazişinin mətnini paraflayıblar və Cənubi Qafqaz bölgəsi sülh zonasına çevrilməkdədir:

“Bu göstərir ki, Azərbaycan özünün postmünaqişə siyasətini yalnız ərazi bütövlüyünün bərpası kimi deyil, yeni regional əməkdaşlıq sisteminin qurulması kimi təqdim edir. Bu yanaşma Prezident İlham Əliyevin Bişkekdə, ŞƏT+ formatındakı çıxışda da daha da konkret formada öz əksini tapdı: Ermənistana neft məhsullarının tədarükü; Azərbaycan ərazisindən üçüncü ölkələrin yüklərinin Ermənistana tranziti; Ermənistanla qarşılıqlı ticarətin artırılması; ticarət nomenklaturasının genişləndirilməsi; yeni yerüstü nəqliyyat kommunikasiyalarının yaradılması. Bu faktorlar bir daha Azərbaycan Ermənistanla münasibətlərində təhlükəsizlik məsələlərinin yer aldığı gündəliyindən həmçinin iqtisadi və kommunikasiya gündəliyinə keçidi vurğulayır”.


Paylaş:
Digər xəbərlər

Cəmiyyət / Dünya

24-03-2025, 06:24

Roma Papası Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayıb

Dünya

31-12-2024, 22:02

Gürcüstanın yeni Prezidenti: Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələri gücləndirəcəyik

---

16-03-2025, 08:10

“Milliyet” qəzeti: Azərbaycanla Ermənistan arasında sülh sazişi layihəsi üzrə danışıqların başa çatması uzun yolun başlanğıcıdır

---

9-08-2025, 20:06

Gürcüstan XİN: Azərbaycan və Ermənistan arasında tarixi razılaşma regionun uzunmüddətli və sabit inkişafı üçün yeni imkanlara yol açır

Müsahibə

23-08-2026, 12:46

Azərbaycan-Özbəkistan əlaqələri yeni strateji mərhələyə qədəm qoyur - ŞƏRH

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
31-08-2026, 16:00
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
28-08-2026, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
28-08-2026, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 23:45
    "1 milyon dollar böyük məbləğ deyil"
  • Dün, 23:39
    Qurudan atılan "ÇAKIR" dənizdəki hədəfi məhv etdi
  • Dün, 23:38
    Özbəkistan rus qırıcılarından imtina etdi — Bu ölkə ilə razılığa gəldilər
  • Dün, 19:30
    Anar Bayramov bu xanıma yüksək vəzifə verdi
  • Dün, 17:00
    Lamiyyə Ələkbərovaya yüksək vəzifə verildi
  • Dün, 14:30
    Sülh sazişi üçün YENİ mərhələ başlayır
  • Dün, 05:00
    Roza Zərgərli prezidentlərin qarşısında çıxış etdi
  • 31-08-2026, 23:43
    2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq
  • 31-08-2026, 22:00
    Okeana 62 ton soda tökdülər
  • 31-08-2026, 21:00
    Sabah da yağış yağacaq
  • 31-08-2026, 18:30
    Yumşaq dabanlar cəmi 10 dəqiqəyə: Sadə ayaq vannası nədir?
  • 31-08-2026, 16:00
    Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
  • 31-08-2026, 16:00
    Politoloq: "Yeni zərbələr daha geniş müharibəyə çevrilə bilər"
  • 31-08-2026, 15:30
    2026-cı ilin ən yaxşı büdcə smartfonları: Siyahıda "iPhone" da var
  • 31-08-2026, 15:30
    Məşhur türk brendinin təsisçisi ailə qurdu: 14 illik dostluq sevgiyə çevrildi — FOTOLAR
  • 31-08-2026, 14:30
    Bu zeytun yağında xərçəng yaradan maddə aşkarlandı
  • 31-08-2026, 14:30
    Prezidentə təqdim edilən əşyalar nədir? — FOTOLAR
  • 31-08-2026, 14:00
    "Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib"
  • 31-08-2026, 14:00
    Xalq Bankdan daşınmaz əmlak girovu ilə kredit üzrə sərfəli kampaniya
  • 31-08-2026, 12:30
    Kayseridə zəlzələ — AFAD ilk məlumatları açıqladı
  • 31-08-2026, 10:30
    Baku City Residences kompleksində qeyri-yaşayış sahəsi əldə etmək üçün sərfəli kredit
  • 31-08-2026, 09:00
    Təyyarəyə hansı poverbankı götürmək olar?
  • 30-08-2026, 13:00
    Sabah yağış yağacaq, bəzi yerlərdə leysan xarakterli olacaq
  • 30-08-2026, 01:54
    Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
  • 29-08-2026, 23:30
    Türkiyənin məşhur aktyoru xəstəxanaya yerləşdirilib
  • 29-08-2026, 23:00
    Danimarkada səfərbərlik yaşında olan ukraynalılara yaşayış icazəsinin verilməsi dayandırılıb
  • 29-08-2026, 22:10
    ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
  • 29-08-2026, 21:30
    Mirzoyan Ermənistanın yeni diplomatik hədəflərini açıqladı
  • 29-08-2026, 20:00
    Ukrayna səfiri Qara dənizdə gəmilərə hücumlarla əlaqədar Türkiyə XİN-ə çağırılıb
  • 29-08-2026, 20:00
    Almaniya deportasiyaların təşkili üçün Taliban nümayəndələrinin ölkəyə girişinə icazə verib
  • 29-08-2026, 17:30
    Təhsil haqqı artırıldı: bu şəxslərə güzəşt olunacaq – SİYAHI
  • 29-08-2026, 17:00
    Gözəl Zutova dünya çempionu oldu - FOTO
  • 29-08-2026, 15:00
    Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir
  • 29-08-2026, 13:30
    Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə