Bu barədə “Hindustan Times” nəşri müdafiə sahəsindəki mənbələrə istinadla məlumat yayıb.
Nəşrin məlumatına görə, Hindistan Müdafiə Nazirliyinin nümayəndələri bu həftə rusiyalı həmkarları ilə görüşəcək. Görüşdə ölkənin müdafiə potensialını gücləndirmək məqsədilə S-400 zenit-raket komplekslərinin birgə istehsalı və ya birbaşa alınması məsələləri müzakirə olunacaq.
Mənbələr bildirir ki, Hindistanın 7 min kilometrlik sahil xəttini istənilən hava hücumundan qorumaq və xüsusilə Şimal Komandanlığının məsuliyyət zonasındakı hava hücumundan müdafiə boşluqlarını aradan qaldırmaq üçün daha beş S-400 sisteminə ehtiyacı var.