Bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər sentyabrın 5-də bildirib. Onun sözlərinə görə, milli təhlükəsizliklə bağlı risklərin artması şəraitində dövlətlər, o cümlədən hava hücumundan müdafiə və raketdən müdafiə sahəsində öz müdafiə potensialını artırmağa borcludurlar.
Eyni zamanda o, yerli texnologiyaları milli təhlükəsizliyin təmin edilməsində “müəyyənedici amil” adlandırıb və buna misal olaraq Türkiyənin “Polad günbəz” raketdən müdafiə proqramını göstərib.
“Türkiyə sərhədləri yaxınlığında baş verən münaqişələr sübut edir ki, havada hökmranlığı təmin etməyən bir ölkə döyüş meydanında uğuru qoruyub saxlaya bilməz”, - deyə nazir vurğulayıb və ordunu “çoxsaylı təhdidlərin qarşısını almaq üçün alət” adlandırıb.