Masallı rayonunun Göytəpə meşəbəyliyinin 10A saylı dolayından yayılan görüntülər ciddi suallar yaradır. Kadrlarda yeni kəsildiyi görünən yaş palıd ağacları əks olunub.
Sözügedən ərazi 15 saylı Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin nəzarətindədir. Müəssisənin rəisi Nəsimi Nəsibovdan bu kəsimin qanuniliyi və məsələ ilə bağlı görülən tədbirlər barədə ictimaiyyətə açıqlama verməsi gözlənilir.
Təqdim olunan görüntülərin aidiyyəti qurumlar tərəfindən araşdırılacağı və qanun pozuntusu təsdiqlənərsə, müvafiq tədbirlərin görüləcəyi ümid edilir.