Presedenttv-nin əldə etdiyi məlumata görə vizual faktlara əsasən, obyektin həyətində aparılan tikinti işləri zamanı külli miqdarda yaş odunlardan istifadə edilir.
Ərazidə tikilən qurğuların, o cümlədən kateclərin məhz təzə kəsilmiş ağaclardan inşa olunduğu bildirilir.
Bu fakt isə son dövrlərdə ölkədə geniş yayılan qanunsuz meşə qırıntıları ilə bağlı narahatlıqları daha da artırır. İddialara görə, istifadə olunan ağac materiallarının mənşəyi şübhəlidir və onların nəzarətsiz kəsimlər nəticəsində əldə edildiyi ehtimal olunur.
Araşdırma zamanı ortaya çıxan məlumatlara əsasən, sözügedən tikinti işlərinin Hacı Məhərrəm Novruzov adlı şəxs tərəfindən həyata keçirildiyi iddia edilir.
Mütəxəssislər bildirir ki, yaş ağacların bu şəkildə kəsilməsi və istifadəsi təkcə qanun pozuntusu deyil, həm də təbiətə qarşı açıq müdaxilədir.
Bu cür hallar meşə fondunun məhv olması, ekoloji tarazlığın pozulması və uzunmüddətli fəsadlarla nəticələnə bilər.
Bu iddialar araşdırılacaqmı, yoxsa növbəti ekoloji faciənin şahidi olacağıq?
Qeyd; Çimərliklərin vətəndaşlara aid olduğunu nəzərə alaraq bildiririk ki, aparılan qanunsuz tikintilər dəniz mühafizə zolağından 50 m məsafədən uzaq deyil!
Baş redaktor: İntizar Əmirova