Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin idmançıları sentyabrın 10–14-də Maltada keçiriləcək “Xüsusi Olimpiya Avropa Açıq Üzgüçülük Yarışı – Malta 2026”da iştirak edəcəklər.
Presedenttv.com xəbər verir ki, Komitədən AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, yarışda Azərbaycanı 4 üzgüçü - Ağasəlim Abdullayev, Məhəmməd Əli, Mirqaib Rəsulov və Georgiy Qəniyev təmsil edəcək. Komandanın baş məşqçisi Elvin Hüseynov, köməkçi məşqçi isə Yuliya Dubrovinadır.
Hazırda milli komandanın atletləri yarışa hazırlıq məqsədilə təlim-məşq toplanışını davam etdirirlər.