Özbəkistan Nazirlər Kabineti 1 avqust tarixli qərarı ilə Daşkənd vilayətinin Bostanlıq rayonundakı Çarvak su anbarının sahilində “Sea Breeze Uzbekistan” bütün mövsümlük kurort kompleksinin yaradılması üzrə investisiya layihəsinin həyata keçirilməsi tədbirlərini təsdiqləyib.
Sənədə əsasən, Özbəkistanın İnvestisiyaların cəlb edilməsi, sənayenin inkişafı və ticarətin tənzimlənməsi üzrə Hökumət Komissiyası “Agalarov Development” şirkətinin iştirakı ilə təsis edilmiş “Sea Breeze Uzbekistan” şirkətini 577 hektar sahədə layihənin həyata keçirilməsi üçün ən yaxşı təklifin seçiminin qalibi elan edib.
Layihənin ümumi dəyəri 5 milyard dollar məbləğində qiymətləndirilir.
Baş planı operativ şəkildə hazırlamaq üçün Britaniya memarlıq şirkəti “Scott Brownrigg” cəlb edilib və sənəddə qeyd olunduğu kimi, artıq praktiki işlərə başlanılıb.