Azərbaycan paraüzgüçüləri Türkiyənin Kocaeli şəhərində keçirilən Avropa çempionatında bu gün növbəti dəfə finalda mübarizə aparacaqlar.
Presedenttv.com xəbər verir ki, Milli Paraolimpiya Komitəsindən AZƏRTAC-a bildirilib ki, S12 kateqoriyasında çıxış edən Raman Saley 50 metr məsafəyə sərbəst üzmə üzrə təsnifat mərhələsində 24,7 saniyə nəticə göstərərək finala vəsiqə qazanıb.
S10 kateqoriyasında yarışan Əli Vəliyev isə 400 metr məsafəyə sərbəst üzmə üzrə birbaşa finalda iştirak edəcək.
Qeyd edək ki, R.Saley çempionatın ilk iki günündə 100 metr məsafəyə arxasıüstə üzmədə 1:03.55 nəticə ilə dördüncü, 100 metr məsafəyə “batterflay” üsulunda isə 59.18 saniyə nəticə ilə beşinci olub.
Ə.Vəliyev isə 200 metr məsafəyə qarışıq üzmədə 2:32.99 nəticə göstərərək yarışı səkkizinci pillədə başa vurub.