• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edilib

Maraqlı

Dün, 22:10




Bu gün bp Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə (ADNSU) müasir bərpaolunan enerji laboratoriyası hədiyyə edib.

Presedenttv.com xəbər verir ki, bu barədə AZƏRTAC-a bp-dən məlumat verilib.

Bildirilib ki, bu, şirkətin Azərbaycanda bərpaolunan enerji sahəsində təhsil və bacarıqların inkişafına verdiyi dəstəyin növbəti mühüm mərhələsidir.

Laboratoriyanın yaradılması bp-nin bərpaolunan enerji sahəsində ixtisaslaşan yeni nəsil yerli mühəndislərin hazırlanmasına yönəlmiş 2 milyon dollarlıq sosial sərmayə təşəbbüsünün yekun hissəsidir.

Təşəbbüs 2021-ci ildə Azərbaycanın Elm və Təhsil Nazirliyi ilə bp arasında yerli universitetlərin birində bərpaolunan enerji mənbələri üzrə proqramın yaradılması ilə bağlı imzalanmış əməkdaşlıq haqqında niyyət protokoluna əsaslanır. Bunun ardınca bp ilə ADNSU arasında bərpaolunan enerji mənbələri üzrə yeni ali təhsil proqramının yaradılması üçün saziş imzalanıb və nəticədə 2023-cü ildə ADNSU tərəfindən Böyük Britaniyanın Uorik Universiteti ilə tərəfdaşlıqda həyata keçirilən bərpaolunan enerji üzrə ikili diplom magistr proqramı təsis edilib.

Yeni laboratoriya bərpaolunan enerji sahəsində üç əsas istiqamət olan Günəş, külək və hidrogen enerjisi üzrə tədris, təlim və tətbiqi tədqiqat fəaliyyətlərini dəstəkləmək məqsədilə yaradılıb. Qabaqcıl eksperimental və simulyasiya sistemləri ilə təchiz edilmiş bu laboratoriya tələbələrə, müəllimlərə və tədqiqatçılara praktiki təcrübələr aparmaq, nəzarət olunan şəraitdə ölçmələr həyata keçirmək, enerjinin çevrilməsi proseslərini müşahidə etmək və ixtisaslaşmış proqram təminatı vasitələrindən istifadə etməklə sistemlərin icra göstəricilərini təhlil etmək imkanı yaradır.

Laboratoriya sənayedə istifadə olunan müvafiq texnologiyalara və praktiki təlim imkanlarına çıxış təmin etməklə akademik biliklərin enerji sahəsində real tətbiqi ilə əlaqələndirilməsinə kömək edəcək. Laboratoriyanın inteqrasiya olunmuş şəkildə layihələndirilməsi, həmçinin bərpaolunan enerjinin hər üç istiqaməti üzrə fənlərarası tədris və tədqiqat fəaliyyətlərinin aparılmasına imkan verir.

Layihə çərçivəsində bp laboratoriyanın səmərəli fəaliyyəti üçün lazım olan infrastrukturun və resursların təmin edilməsinə də dəstək göstərib. Bura İT avadanlıqlarının, proqram təminatı lisenziyalarının, mebel təchizatının, ilk tibbi yardım və təhlükəsizlik avadanlıqlarının təmin olunması, eləcə də laboratoriya sahəsinə aid tikinti və təmir-bərpa işlərinin həyata keçirilməsi daxildir.

Laboratoriyanın açılış mərasimində çıxış edən bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib: “Gələcəyin enerji sistemlərinin tələb etdiyi bilik və bacarıqların inkişafı üçün həm insan kapitalına, həm də təhsil infrastrukturuna sərmayə qoymaq olduqca vacibdir. Bərpaolunan enerji üzrə magistr proqramına dəstək verməkdə və ADNSU-da bu yeni laboratoriyanı yaratmaqda məqsədimiz tələbə və tədqiqatçılar üçün sürətlə dəyişən enerji sektorunda əhəmiyyəti getdikcə artan texnologiyalar üzrə praktiki təcrübə imkanı yaratmaqdır. Ümid edirik ki, bu təşəbbüs ölkədə bərpaolunan enerji sahəsində bacarıqların artırılmasına, tədqiqat və tədris imkanlarının gücləndirilməsinə və Azərbaycanın enerji keçidini dəstəkləyəcək yüksəksəviyyəli mütəxəssislərin hazırlanmasına töhfə verəcək”.

bp-nin magistr proqramına dəstəyi bərpaolunan enerji laboratoriyasının yaradılması və müvafiq infrastruktur və avadanlığın təmin edilməsindən əlavə aşağıdakı fəaliyyətləri də əhatə edib:

- Yerli akademik potensialın gücləndirilməsi üçün bacarıqların artırılması və professor-müəllim heyətinin inkişafına yönəlmiş tədbirlər. Buraya ADNSU-nun akademik heyətinin 45 üzvü üçün ingilis dili təlimləri və Uorik Universiteti ilə bilik və təcrübə mübadiləsi imkanlarının yaradılması daxildir.

- Proqram üzrə ümumilikdə 70 nəfər tələbədən ibarət birinci və ikinci tədris qruplarına dəstək, o cümlədən qonaq professorların iştirakı və ADNSU tələbələri üçün Böyük Britaniyada yay məktəbi proqramına qatılmaq imkanı.


Paylaş:
Digər xəbərlər

---

24-07-2026, 16:39

Aİ-də bərpaolunan enerji mənbələrinin istehlak payı 25 faizi keçib

Dünya

15-12-2024, 07:43

BƏƏ-nin “Amea Power” şirkəti Süveyş körfəzində külək enerjisi stansiyası tikəcək

---

9-12-2025, 15:38

Gürcüstanda enerji şirkətlərinin dövlətə olan bir milyard larilik cərimələri silinəcək

---

13-03-2025, 19:02

Qazaxıstan ABŞ-ı Trans-Xəzər marşrutunu dəstəkləməyə çağırdı

Gündəm / Siyasət

25-03-2026, 12:41

Prezident İlham Əliyev “Abşeron” Batareya Enerji Saxlanc Mərkəzinin açılışında iştirak etdi

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
4-09-2026, 20:30
Məşhur klinikanın 76 yaşlı rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
4-09-2026, 17:45
Azərbaycandan İrana bir maşın pivə və araq daşıyan TUTULDU: toya aparırmış...
4-09-2026, 12:30
Rusiya onları Azərbaycana təhvil verdi
2-09-2026, 21:30
İmişlidə avtomobil yanıb
2-09-2026, 20:30
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
31-08-2026, 16:00
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Dün, 23:55
    Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
  • Dün, 22:30
    Eyfel qülləsi bağlanıb: hindu qrupun ziyarəti qalmaqala səbəb olub
  • Dün, 22:10
    ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edilib
  • Dün, 22:00
    Rafael Qrossi: Səudiyyə Ərəbistanının nüvə proqramı ilə bağlı yeni razılaşma hazırlanır
  • Dün, 22:00
    Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
  • Dün, 19:00
    “Azneft”in istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib
  • 6-09-2026, 16:56
    Azərbaycanda bu şəxslərin maaşı 35 faiz artacaq - BU TARİXDƏN
  • 4-09-2026, 23:50
    Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO
  • 4-09-2026, 20:30
    Məşhur klinikanın 76 yaşlı rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
  • 4-09-2026, 17:45
    Azərbaycandan İrana bir maşın pivə və araq daşıyan TUTULDU: toya aparırmış...
  • 4-09-2026, 17:00
    Nepalda daşqın və sürüşmə: Ölənlərin sayı 1 287-yə çatdı
  • 4-09-2026, 14:30
    Qızılın qiyməti həftəni cüzi artımla tamamlayır
  • 4-09-2026, 14:00
    Avropa İttifaqından BMT-yə dəstək: Çoxtərəfli əməkdaşlıq yenilənməlidir
  • 4-09-2026, 12:30
    Rusiya onları Azərbaycana təhvil verdi
  • 3-09-2026, 20:52
    Umut Berhan Şen: Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici halqa rolunu oynayır
  • 3-09-2026, 19:00
    ATƏT PA-nın prezidenti Milli Məclisdə olub
  • 3-09-2026, 18:30
    Türkiyədə meyvə şirələrində şəkərəvəzləyicilərdən istifadəyə tam qadağa qoyulur
  • 3-09-2026, 18:00
    Mentorluq proqramının səmərəli həyata keçirilməsi üçün Mərkəzi Bank zəruri dəstək göstərəcək
  • 3-09-2026, 18:00
    “Zirə” afrikalı futbolçu transfer edib
  • 3-09-2026, 14:00
    AzTU-da sənaye doktoranturası ilə bağlı təqdimat
  • 3-09-2026, 14:00
    İsrail universitetinin vitse-prezidenti AzTU-da olub
  • 3-09-2026, 14:00
    Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib
  • 3-09-2026, 11:30
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 11:30
    Argentina futbolunda Messi üçün xüsusi vida mərasimi keçiriləcək
  • 3-09-2026, 11:30
    Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər aparılacaq
  • 3-09-2026, 11:30
    Neymarın komandası Braziliya kuboku ilə vidalaşdı
  • 3-09-2026, 11:30
    Fransa Metyu və Hanter adaları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verilib
  • 3-09-2026, 11:00
    Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
  • 3-09-2026, 11:00
    ABŞ-nin neft ehtiyatları proqnozlardan 10 dəfə çox azalıb
  • 2-09-2026, 23:50
    “Boeing” təhlükəsizlik pozuntularına görə 3,1 milyon dollar cərimə ödəyib
  • 2-09-2026, 23:15
    ABŞ Prezidenti Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib
  • 2-09-2026, 23:00
    Almaniya Kansleri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub
  • 2-09-2026, 23:00
    Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
  • 2-09-2026, 22:30
    Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə