• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Umut Berhan Şen: Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici halqa rolunu oynayır

Siyasət

3-09-2026, 20:52


Avrasiya coğrafiyasında geosiyasi və geoiqtisadi proseslərin sürətlə dəyişməsi regiondakı qüvvələr nisbətinə, nəqliyyat-logistika marşrutlarına və dövlətlərin strateji prioritetlərinə ciddi təsir göstərir. Qarabağın işğaldan azad olunması ilə yaranan yeni reallıq, xüsusilə Cənubi Qafqaz və Xəzərin hər iki sahilində yeni bağlantı imkanlarının formalaşmasına mühüm təsir edib. Bu proses Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərini və Trans-Xəzər bağlantısında rolunu ön plana çıxarıb.

Presedenttv.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında türk siyasi ekspert, “Global Savunma” jurnalının şöbə müdiri Umut Berhan Şen deyib.

Ekspert bildirib ki, Azərbaycanın Mərkəzi Asiya ilə münasibətlərini və Orta Dəhlizdəki mərkəzi mövqeyini üç əsas istiqamət üzrə qiymətləndirmək mümkündür.

“Birinci istiqamət Azərbaycanın “qapı” rolundan “onurğa” və qurucu halqa mövqeyinə keçməsidir. Uzun illər Azərbaycan yalnız Qərbin Xəzər enerji resurslarına çıxışını və Mərkəzi Asiyaya keçidi təmin edən passiv “qapı” kimi təqdim olunub. Lakin bu, Azərbaycanın hazırkı rolunu əks etdirmir. Azərbaycanı sadəcə keçidə imkan verən tranzit məntəqə kimi qiymətləndirmək olmaz. Ölkəmiz bu gün marşrutları əlaqələndirən, yük və enerji axınlarını yönləndirən, lazım gəldikdə regional geosiyasi proseslərə təsir göstərən strateji mərkəzdir”, – deyə Umut Berhan Şen vurğulayıb.

Ekspert Zəngəzur dəhlizinin Orta Dəhlizin mühüm halqalarından birinə çevrilərək Orta Dəhlizin fəaliyyətini məhdudlaşdıran bəzi “dar boğazların” aradan qaldırılması baxımından strateji əhəmiyyət daşıdığını qeyd edib. O, Azərbaycanın Mərkəzi Asiya türk dövlətləri ilə münasibətlərinin bu prosesin mühüm hissəsi olduğunu diqqətə çatdırıb.

“Bakının Daşkənd, Astana, Aşqabad və Bişkeklə strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərini inkişaf etdirməsi regionda yeni əməkdaşlıq modelinin formalaşmasına xidmət edir. Bu münasibətlər Mərkəzi Asiyanın yalnız böyük güclərin – Rusiya, Çin və ABŞ-nin rəqabət meydanı kimi deyil, öz daxili potensialına və qarşılıqlı əməkdaşlığa əsaslanan inteqrasiya olunmuş aktor kimi çıxış etməsinə imkan yaradır. Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici halqa rolunu oynayır”, – deyə ekspert bildirib.

U.B.Şen ikinci mühüm istiqamətin Orta Dəhliz, enerji və investisiyalar əsasında yeni ortaq geoiqtisadi məkanın formalaşması olduğunu bildirib. Belə ki, Rusiya–Ukrayna müharibəsi və tətbiq olunan sanksiyalar nəticəsində Şimal Dəhlizində risklərin artması, Cənub Dəhlizinin isə geosiyasi gərginliklər və yüksələn xərclər səbəbindən çətinliklərlə üzləşməsi diqqəti birbaşa Orta Dəhlizə yönəldib. Qarşıdakı dövrdə əsas məsələ Orta Dəhlizin sadəcə tranzit xətti olaraq qalması deyil, ortaq geoiqtisadi məkana çevrilməsidir.

“Xəzərin iki sahili artıq yalnız neft və qaz layihələri, o cümlədən TANAP vasitəsilə deyil, yaşıl enerji layihələri vasitəsilə də bir-birinə bağlanır. Türkmənistan qazının Azərbaycan üzərindən Türkiyə və Avropaya çatdırılması imkanları ilə yanaşı, Qazaxıstan və Özbəkistanın bərpaolunan enerji potensialının Xəzər dənizi üzərindən elektrik kabelləri vasitəsilə Azərbaycan və Gürcüstan üzərindən Avropaya çatdırılması regionu qlobal enerji transformasiyasının mühüm mərkəzlərindən birinə çevirə bilər”, – deyə o bildirib.

Ekspert üçüncü əsas istiqamət kimi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) strateji məkanındakı rolunu qeyd edib. “Azərbaycanın ŞƏT məkanına verə biləcəyi əsas töhfələrdən biri Çinin ‘Bir kəmər, bir yol’ təşəbbüsü üçün təhlükəsiz və səmərəli tranzit imkanlarının yaradılmasıdır. Çin Avropa bazarlarına çıxış üçün Xəzər üzərindən Orta Dəhlizdən istifadə edə bilər. Bu marşrut həm məsafə, həm təhlükəsizlik, həm də geosiyasi risklərin şaxələndirilməsi baxımından mühüm üstünlüklərə malikdir. ŞƏT daha çox Rusiya və Çin mərkəzli təhlükəsizlik və iqtisadi əməkdaşlıq platforması kimi qəbul edilsə də, Azərbaycanın bu təşkilata yanaşması fərqli imkanlar yaradır. Azərbaycanın ŞƏT-də iştirakı təşkilatın Qərblə tam qarşıdurma xəttinə keçmədən daha balanslı, rasional və geniş Avrasiya baxışı formalaşdırmasına töhfə verir”, - deyə o əlavə edib.

Paylaş:
Digər xəbərlər

Siyasət

1-09-2026, 14:30

Sülh sazişi üçün YENİ mərhələ başlayır

Müsahibə

23-08-2026, 12:46

Azərbaycan-Özbəkistan əlaqələri yeni strateji mərhələyə qədəm qoyur - ŞƏRH

Araşdırma

23-04-2025, 08:44

Azərbaycanda Çin malları artır. Gələcəkdə birgə müəssə yaradıla bilər.

---

10-12-2025, 11:00

Gürcüstan Avropa Komissiyasının sammitində təmsil olunmayıb

---

14-03-2025, 04:44

Astanadan Trans-Xəzər marşrutuna çıxışı təmin edəcək avtomobil yolu çəkiləcək

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
2-09-2026, 21:30
İmişlidə avtomobil yanıb
2-09-2026, 20:30
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
31-08-2026, 16:00
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
28-08-2026, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
28-08-2026, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • 3-09-2026, 20:52
    Umut Berhan Şen: Azərbaycan Mərkəzi Asiyanın Cənubi Qafqazla inteqrasiyasında birləşdirici halqa rolunu oynayır
  • 3-09-2026, 14:00
    AzTU-da sənaye doktoranturası ilə bağlı təqdimat
  • 3-09-2026, 14:00
    İsrail universitetinin vitse-prezidenti AzTU-da olub
  • 3-09-2026, 14:00
    Himayədar ailə modelinin tətbiqi prosesi daha da sadələşdirilib
  • 3-09-2026, 11:30
    Gömrük nəzarətindən gizlədilən brilyant qaşlar aşkarlanıb
  • 3-09-2026, 11:30
    Argentina futbolunda Messi üçün xüsusi vida mərasimi keçiriləcək
  • 3-09-2026, 11:30
    Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər aparılacaq
  • 3-09-2026, 11:30
    Neymarın komandası Braziliya kuboku ilə vidalaşdı
  • 3-09-2026, 11:30
    Fransa Metyu və Hanter adaları ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə verilib
  • 3-09-2026, 11:00
    Birləşmiş Ştatların gündəlik neft hasilatı artıb
  • 3-09-2026, 11:00
    ABŞ-nin neft ehtiyatları proqnozlardan 10 dəfə çox azalıb
  • 2-09-2026, 23:50
    “Boeing” təhlükəsizlik pozuntularına görə 3,1 milyon dollar cərimə ödəyib
  • 2-09-2026, 23:15
    ABŞ Prezidenti Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib
  • 2-09-2026, 23:00
    Almaniya Kansleri ilə Ukrayna Prezidenti arasında telefon danışığı olub
  • 2-09-2026, 23:00
    Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
  • 2-09-2026, 22:30
    Azərbaycan-Litva oyunu Bakıda keçiriləcək
  • 2-09-2026, 21:30
    Zeynəb və Serkay evləndi - (Foto)
  • 2-09-2026, 21:30
    Argentina Folklend adaları ilə bağlı Böyük Britaniyaya yenidən xəbərdarlıq edib
  • 2-09-2026, 21:30
    İmişlidə avtomobil yanıb
  • 2-09-2026, 20:30
    MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
  • 2-09-2026, 20:00
    Altı yüzdən yüksək bal toplayaraq ADPU-nu seçən 2 bacı
  • 2-09-2026, 19:30
    Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
  • 2-09-2026, 19:30
    Altı idmançı Pedaqoji Universitetə müsabiqədənkənar qəbul olunub
  • 2-09-2026, 19:30
    “Uber” 3300 nəfəri işdən çıxaracaq
  • 2-09-2026, 19:00
    Azərbaycan və Türkmənistan arasında viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparılıb
  • 2-09-2026, 16:00
    DİM sədri magistratura üzrə nəticələri açıqladı - Bu ixtisaslarda yerlər doldu
  • 1-09-2026, 23:45
    "1 milyon dollar böyük məbləğ deyil"
  • 1-09-2026, 23:39
    Qurudan atılan "ÇAKIR" dənizdəki hədəfi məhv etdi
  • 1-09-2026, 23:38
    Özbəkistan rus qırıcılarından imtina etdi — Bu ölkə ilə razılığa gəldilər
  • 1-09-2026, 23:00
    Milli Məclisin sədri Sahibə Qafarova Kamerunun Baş naziri ilə görüşüb
  • 1-09-2026, 22:30
    Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
  • 1-09-2026, 22:00
    Fransada müəllimlərin həmkarlar ittifaqı yeni tədris ili ilə bağlı narahatdır
  • 1-09-2026, 22:00
    ABŞ İran hədəflərinə zərbələr endirməyə başlayıb
  • 1-09-2026, 21:30
    Baş nazir: “Brexit” ölkə iqtisadiyyatına vurulan zərəri daha da ağırlaşdırdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə