
2026-2027-ci tədris ili üçün 6 nəfər olimpiya və beynəlxalq idman yarışlarının mükafatçısı müsabiqədənkənar qaydada Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fiziki tərbiyə və çağrışaqədərki hazırlıq müəllimliyi ixtisasına qəbul olunub.
Presedenttv.com bu barədə AZƏRTAC-a ADPU-dan məlumat verilib.
Fərrux Şaiq oğlu Qaybalıyev (parakarate), İmaməddin Maarif oğlu Xəlilov (parataekvondo), İlhamiz Cahid oğlu Kərimov (ağırlıqqaldırma), Aysel Elçin qızı Əhmədli (parakarate), Amin Rizvan oğlu Şıxalıyev (parataekvando), Aybəniz Cəlil qızı Babayeva (güllə atıcılığı) Pedaqoji universitetə müsabiqədənkənar qəbul olunublar.