“Zirə” yeni futbolçu ilə anlaşıb.
Presedenttv.com xəbər verir ki, klubdan AZƏRTAC-a verilən məlumata görə, “qartallar” Xorvatiyanın “Riyeka” klubundan hücumameyilli yarımmüdafiəçi Dimitri Leqbonu transfer edib.
25 yaşlı kot-d’İvuarlı vingerlə 2 illik müqavilə bağlanılıb.