Medianın yazdığına görə, “Liverpul” rəhbərliyi və baş məşqçi Arne Slotla fikir ayrılığına görə əsas komandadan kənarlaşdırıldıqdan sonra Səudiyyə Ərəbistanının adı açıqlanmayan klubu təcrübəli forvardı transfer etmək istəyir. Qeyd olunur ki, 33 yaşlı hücumçuya həftəlik 2,5 milyon, illik isə 120 milyon funt sterlinq məvacib təklif edilib. Bu baxımdan, misirli futbolçunun Səudiyyə Ərəbistanına qəfil səfəri barədə xəbərlər futbol ictimaiyyətinin diqqətini çəkib.