Böyük Britaniya İordan çayının qərb sahilində yerləşən İsrail yaşayış məntəqələrindən məhsulların idxalını qadağan edəcək və onlara qarşı əlavə sanksiyalar tətbiq olunacaq.
Presedenttv.com bildirir ki, AZƏRTAC-ın BBC-yə istinadına görə bunu Böyük Britaniyanın xarici işlər naziri Ed Miliband parlamentdə çıxışı zamanı açıqlayıb.
O bildirib ki, hökumət İsrail yaşayış məntəqələrinin genişləndirilməsinə qarşı əhatəli sanksiya rejimi tətbiq edəcək. Bundan başqa, Böyük Britaniyada İordan çayının qərb sahilindəki yaşayış məntəqələrinin reklamına da qadağa qoyulacaq.
Nazir bildirib ki, sanksiyalar İsrail dövlətinə deyil, qanunsuz yaşayış məntəqələrinə və onların genişləndirilməsinə yönələcək.
Fransa və Kanadanın da Böyük Britaniyaya qoşularaq İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə qarşı sanksiyalar tətbiq edəcəyi açıqlanıb. Daha sonra Danimarka, İspaniya, Finlandiya, İrlandiya, İslandiya, Norveç, Polşa, Portuqaliya və İsveçin də bu addımı atacağı bildirilib. Qərar İsrailin İordan çayının qərb sahilində 1200 yeni ev tikməyi planlaşdırdığı bir vaxtda qəbul edilib.