İngiltərənin “Mançester Yunayted” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin l turunda “Sabah”la qarşılaşma öncəsi son məşqini keçirib.
Presedenttv.com klubun rəsmi saytına istinadla xəbər verir ki, hazırlıq prosesi Karrinqtonda yerləşən təlim-məşq bazasında baş tutub.
İngiltərə Premyer Liqasının son turunda “Everton”la oyunda narahatlıq hiss etdiyi üçün ikinci hissədə əvəzlənən hücumçu Markus Reşford, həmçinin gənc futbolçular Harri Amass, Şi Leysi və Cim Tveyts də məşqdə iştirak ediblər.
Matteys de Lixt və Lyuk Şouya isə istirahət verildiyi üçün onlar hazırlıq prosesinə qoşulmayıblar. De Lixt may ayında keçirdiyi bel əməliyyatından sonra yaşıl meydanlara qayıtmağa hazırlaşır.
Amad Diallo, Karlos Baleba və Manuel Uqarte isə zədə səbəbindən məşqdə yer almayıblar.
Qeyd edək ki, sentyabrın 10-da “Old Trafford” stadionunda keçiriləcək “Mançester Yunayted” – “Sabah” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.