• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

“Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq

Cəmiyyət

Bugün, 14:30




“Pegasus Tech Ventures” tərəfindən təşkil olunan və dünyanın altı qitəsində 200-dən çox regional yarışı birləşdirən “Startup World Cup” beynəlxalq startap yarışmasının Azərbaycan üzrə regional finalı sentyabrın 17-də Bakıda keçiriləcək. Artıq üçüncü dəfə SABAH.angels (SABAH Mələk İnvestorlar Klubu) tərəfindən təşkil olunan regional final Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Türkiyədən olan startapları bir araya gətirəcək.

Regional final sentyabrın 17–18-də SABAH.HUB İnnovasiya Mərkəzinin təşkilatçılığı, dövlət qurumlarının və özəl sektor tərəfdaşlarının dəstəyi ilə keçiriləcək “Baku ID” innovasiya festivalı çərçivəsində baş tutacaq. Festival bu il ilk dəfə innovasiyanın episentri olan “SABAH.city” innovasiya şəhərciyində keçiriləcək.

Presedent.com xəbər verir ki, bu barədə AZƏRTAC-a SABAH.HUB İnnovasiya Mərkəzindən məlumat verilib.

Müraciət mərhələsində artıq 10-dan çox ölkədən 100-dən yuxarı startap qeydiyyatdan keçib. Qiymətləndirmənin nəticələrinə əsasən seçiləcək 10 startap regional finalda öz biznes modellərini, texnoloji həllərini və böyümə potensialını yerli və beynəlxalq ekspertlərdən ibarət jüri heyəti qarşısında təqdim edəcək.

Qiymətləndirmə zamanı həllin real bazar probleminə uyğunluğu, biznes modelinin dayanıqlılığı və layihənin qlobal miqyasda böyümə potensialı əsas meyarlar sırasında olacaq. Bununla yanaşı, iştirakçılar investorlar, sahibkarlar və innovasiya ekosisteminin nümayəndələri ilə birbaşa əlaqələr qurmaq imkanı əldə edəcəklər.

SABAH Mələk İnvestorlar Klubunun direktoru Alya Abbaszadə bildirib: “Məqsədimiz yalnız bir startap seçərək onu San-Fransiskoda keçiriləcək qlobal finala göndərmək deyil. “Startup World Cup” vasitəsilə regionun perspektivli startap təsisçilərini beynəlxalq investorlarla birbaşa əlaqələndirmək və Bakıdan qlobal bazarlara yeni körpülər yaratmaq istəyirik”.

Regional finalın qalibi noyabrın 6-da San-Fransiskoda keçiriləcək “Startup World Cup Grand Finale” yarışmasında iştirak etmək və 1 milyon ABŞ dolları həcmində investisiya mükafatı uğrunda mübarizə aparmaq hüququ qazanacaq.

“Startup World Cup”ın regional finalının “Baku ID” çərçivəsində keçirilməsi beynəlxalq yarışın yaratdığı imkanları festivalın investor və innovasiya şəbəkəsi ilə birləşdirəcək. Bununla da region startapları qlobal bazarlara çıxış, potensial investorlarla əlaqələr qurmaq və layihələrini beynəlxalq səviyyədə təqdim etmək üçün yeni imkanlar əldə edəcəklər.

Startap layihələrinə müraciətlərin qəbulu sentyabrın 10-dək davam edir. Müraciət etmək istəyənlər https://www.startupworldcup.io/azerbaijan-regional-2026, “Baku ID” innovasiya festivalında iştirak üçün qeydiyyatdan keçmək istəyənlər isə https://bakuid.com/tickets ünvanına daxil ola bilərlər.

Paylaş:
Digər xəbərlər

İdman

Dün, 14:00

“Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı

Mədəniyyət

13-07-2026, 21:09

“Yay Fest 2026”ya start verilib

Mədəniyyət

20-07-2026, 12:51

Daşkəsəndə Aqroturizm və Aqrar Biznes Festivalı keçirilib

İdman

18-01-2025, 23:01

"Neftçi" "Sabah"la oyuna itkilərlə çıxacaq

İdman

21-02-2025, 21:16

Bakıda bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
Dün, 23:11
Bakıda restorana məxsus transformator yanır
5-09-2026, 19:00
Narkotikin təsiri altında maşın sürən şəxs həbs edilib
4-09-2026, 20:30
Məşhur klinikanın 76 yaşlı rəhbərinin Azərbaycandan çıxışına QADAĞA
4-09-2026, 17:45
Azərbaycandan İrana bir maşın pivə və araq daşıyan TUTULDU: toya aparırmış...
4-09-2026, 12:30
Rusiya onları Azərbaycana təhvil verdi
2-09-2026, 21:30
İmişlidə avtomobil yanıb
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Bugün, 16:10
    Yaşıl İqlim Fondu inkişaf etməkdə olan ölkələrə 20 milyard ABŞ dolları məbləğində vəsait ayıracaq
  • Bugün, 16:00
    Azərbaycan millisinin voleybolçusu "Turan" klubuna keçib
  • Bugün, 16:00
    Azərbaycan paraüzgüçüləri Avropa çempionatında növbəti dəfə finala yüksəliblər
  • Bugün, 16:00
    bp ölkədə enerji səmərəliliyi üzrə mütəxəssis potensialının inkişafına dəstək olur
  • Bugün, 15:30
    “Mançester Yunayted” “Sabah”la oyunöncəsi son məşqinə çıxıb
  • Bugün, 14:30
    “Startup World Cup”ın regional finalı “Baku ID” çərçivəsində təşkil olunacaq
  • Bugün, 13:30
    Bu il 124 mindən çox uşaq birinci sinfə gedəcək
  • Bugün, 12:30
    “Rəqəmsal məktəb” platformasının əhatə dairəsi 550-dən çox məktəbi əhatə edəcək
  • Dün, 23:11
    Bakıda restorana məxsus transformator yanır
  • Dün, 23:00
    Azərbaycanda bu şəxslər ödənişsiz psixoloji yardım alacaqlar
  • Dün, 22:30
    Aİ Ukraynanın “Patriot” sistemləri üçün zəruri məhsullar almasına imkan yaradıb
  • Dün, 19:30
    Böyük Britaniya İordan çayının qərb sahilindəki İsrail yaşayış məntəqələrinə sanksiyalar tətbiq edir
  • Dün, 18:30
    Almaniyada elektrik şəbəkəsinə qarşı təxribatlar törətməkdə şübhəli bilinən şəxs saxlanılıb
  • Dün, 18:00
    Qazaxıstan və Gürcüstan arasında nəqliyyat-logistika infrastrukturu üzrə əməkdaşlıq genişləndirilir
  • Dün, 18:00
    Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
  • Dün, 18:00
    YAP və ÇKP arasında əməkdaşlığın yeni istiqamətləri müəyyənləşdirilir
  • Dün, 18:00
    ASF: Aqrar sığorta ödənişlərinin 86 faizindən çoxu təbii fəlakət riskləri ilə bağlı olub
  • Dün, 17:30
    Politoloq: Şuşanın dağı-daşı canlı tarixidir
  • Dün, 17:30
    Dmitro Şlapaçenko: Azərbaycanın milli koordinator təcrübəsi digər ölkələr üçün faydalı ola bilər
  • Dün, 16:00
    Şahzadə Corc Eton Kollecində təhsilə başlayıb
  • Dün, 16:00
    "Kəpəz" - "Qəbələ" oyunu 1 dəqiqəlik sükutla başlayacaq
  • Dün, 14:00
    “Mançester Yunayted” - “Sabah” oyununun hakimləri açıqlandı
  • Dün, 10:00
    Çempionlar Liqasında yeni mövsüm start götürür: Gecənin matçları
  • 7-09-2026, 23:56
    Teatrşünas: Azərbaycan–Qırğızıstan teatr əlaqələrinin əsas xüsusiyyətlərindən biri ortaq türk-mədəni irsinə müraciətdirR.Abdullazadə
  • 7-09-2026, 23:55
    Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi endirilib
  • 7-09-2026, 23:33
    YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş olub
  • 7-09-2026, 23:30
    Orta Dəhliz üçün yeni rəqəmsal həllər hazırlanır
  • 7-09-2026, 23:00
    İsrailin Livana hücumları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb
  • 7-09-2026, 22:30
    Eyfel qülləsi bağlanıb: hindu qrupun ziyarəti qalmaqala səbəb olub
  • 7-09-2026, 22:30
    Yəməndə toqquşmalarda 300-dən çox insan öldürülüb
  • 7-09-2026, 22:10
    ADNSU-ya bərpaolunan enerji laboratoriyası hədiyyə edilib
  • 7-09-2026, 22:00
    Rafael Qrossi: Səudiyyə Ərəbistanının nüvə proqramı ilə bağlı yeni razılaşma hazırlanır
  • 7-09-2026, 22:00
    Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
  • 7-09-2026, 21:30
    BƏƏ ticarət üçün alternativ marşrutlar yaradır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə