Bu barədə Starmer Londonun lord meri tərəfindən təşkil edilən ənənəvi ziyafətdə bildirib.
“Bəli, Çin Böyük Britaniyanın milli təhlükəsizliyinə real təhlükə yaradan ölkədir”, – deyə Baş nazir vurğulayıb.
Eyni zamanda, o, Londonun Pekinlə kifayət qədər güclü əlaqələr qura bilməməsini tənqid edib.
O həmçinin bildirib ki, Böyük Britaniya Pekinlə əməkdaşlıq etsə də, bütün casusluq cəhdlərini və qeyri-qanuni kiber fəaliyyətlərin qarşısını almaq, Rusiya ilə əməkdaşlıq edən Çin qaz və neft şirkətlərinə qarşı sanksiyalar tətbiq etmək və insan hüquqlarının pozulması hallarını ifşa etmək niyyətindədir.