Robot Usain Boltun rekordunu keçdi — amma finişdə yıxıldı
Çində keçirilən Dünya Humanoid Robot Oyunlarında robotlar 100 metr məsafəyə qaçışda Usain Boltun insan rekordunu geridə qoyublar.
Presedenttv.com Lent.az-a istinadla xəbər verir ki, bu barədə The Verge məlumat yayıb.
Tiangong Ultra adlı humanoid robot 100 metri 9,39 saniyəyə qət edib. Bu nəticə Usain Boltun 2009-cu ildə müəyyən etdiyi 9,58 saniyəlik dünya rekordundan daha sürətlidir. Digər robot Lightning isə məsafəni 9,47 saniyəyə başa vurub.
Amma robotların bir problemi hələ də qalır: sürətlə qaçdıqdan sonra dayanmaq. Yarışdan sonra bəzi robotlar finiş xəttində tarazlığını itirərək təhlükəsizlik baryerlərinə çırpılıblar.