• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Bu gün Konstitusiya Günüdür

Gündəm

12-11-2025, 09:41

Noyabrın 12-si Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 30 il ötür.
Presedenttv.com xəbər verir ki, 30 il bundan öncə müstəqil Azərbaycanın çoxəsrlik dövlətçilik ənənələrinə sadiqlik, suveren, demokratik, dünyəvi, hüquqi dövlət qurmaq, vətəndaş cəmiyyətini bərqərar etmək kimi ülvi niyyətlər bəyan edilməklə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan Konstitusiya 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın 27-də qüvvəyə minib. Konstitusiya bir əsrə yaxın dövrdən sonra yenidən müstəqilliyini bərpa etmiş Azərbaycan dövlətinin ictimai-siyasi, hüquqi quruluşunu, gələcək inkişaf istiqamətini müəyyən edib.
Həmin sənəd müstəqil Azərbaycanın ilk, ümumilikdə isə ölkəmizin tarixində dördüncü Konstitusiyadır. Azərbaycanın Konstitusiya quruluşunun tarixi SSRİ dövrünə təsadüf edir. Azərbaycanın ilk Konstitusiyası 1921-ci il mayın 19-da, SSRİ Konstitusiyasına uyğunlaşdırılmış yeni redaksiyası isə 1925-ci il martın 14-də qəbul olunub. 1978-ci il aprelin 21-də qəbul edilmiş Konstitusiya da əvvəlki konstitusiyalar kimi SSRİ Konstitusiyasına uyğunlaşdırılmışdı.

Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə həyata keçirdiyi əsaslı islahatlar qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sahələrində köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mütərəqqi sənəd idi.
Məhz bunun nəticəsində müstəqil Azərbaycanın Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması, layiqli həyat səviyyəsinin təmin olunması, humanizm prinsipləri məhz Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Belə ki, 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Müstəqil respublikamızın Konstitusiyası ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi. Konstitusiyanın qəbul edildiyi gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə alınaraq, 1996-cı il 1 noyabr tarixli Fərmana əsasən, hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı.

Azərbaycanın ilk Konstitusiyası qəbul edilərkən hüquqi dövlət quruculuğunun müasir meyillərinə istinad olunub, ölkəmizin hüquq sistemi üçün yeni təsisatın – konstitusiya ədalət mühakiməsi orqanının yaradılması nəzərdə tutulub, bu təsisatın dövlət hakimiyyəti sistemində yeri və rolu müəyyənləşdirilib. Bu müddəaya əsasən, 1997-ci il oktyabrın 21-də “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edildi. 1998-ci il iyulun 14-də Milli Məclisin Qərarı ilə Konstitusiya Məhkəməsinin yeddi hakimi təyin olundu. İyulun 18-də isə Ulu Öndər Heydər Əliyev Konstitusiya Məhkəməsinin müstəqilliyinin və hakimlərinin hüquqi statusunun təmin edilməsi barədə Fərman imzaladı. Bununla da, Konstitusiya Məhkəməsi rəsmən fəaliyyətə başladı. Doqquz hakimdən ibarət bu qurum qanunların Konstitusiyaya uyğunluğunu yoxlamaqla, qanunlara şərh verməklə, prezident və parlament seçkilərinin nəticələrini təsdiqləməklə, hətta vətəndaşların birbaşa müraciəti əsasında müvafiq qərarlar qəbul etməklə, bütövlükdə, Konstitusiyanın aliliyini qoruyur.
Ötən 30 ildə yeni dövrün tələblərinin yaratdığı zərurətlə əlaqədar Azərbaycan Konstitusiyasına bir neçə dəfə əhəmiyyətli dəyişikliklər və əlavələr edilib. 2002-ci il avqustun 24-də referendum yolu ilə Konstitusiyanın 24 maddəsində 29, 2009-cu il martın 18-də isə 25 maddəyə 30-dan artıq əlavə və dəyişiklik olunub. Bu dəyişikliklər Azərbaycan dövlətinin sosial-iqtisadi bazasının daha da güclənməsindən, vətəndaşların hüquq və azadlıqlarına daha etibarlı təminat verilməsindən, sosial dövlət prinsiplərini təsbit etmək imkanlarının daha da genişlənməsindən irəli gəlirdi.

Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə əlavə və dəyişikliklər edilib. Konstitusiyanın 29 maddəsinə edilən 41 əlavə və dəyişiklik müxtəlif sahələri əhatə etməklə, ali dövlət hakimiyyəti, məhkəmə hakimiyyəti orqanlarının və bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının daha səmərəli təmin edilməsinə, hüquq və azadlıqların müdafiəsində dövlət və bələdiyyələrin məsuliyyətinin artırılmasına yönəlib. Beləliklə, edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb.
Konstitusiya Məhkəməsi Vətən müharibəsi zamanı ölkəmizin haqq səsinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində fəal iş apardı. Həmin dövrdə Konstitusiya Məhkəməsinin dünyanın bütün Konstitusiya məhkəmələrinə ünvanladığı bəyanatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarının mütəmadi xarakter aldığı vurğulanıb. Bu təxribatlar nəticəsində Azərbaycanın Qarabağdan uzaqdakı şəhərlərinin ağır artilleriya atəşinə məruz qalmasının həm hərbi, həm də mülki əhali arasında itkilərə səbəb olduğu qeyd edilib. Bəyanatda diqqətə çatdırılıb ki, BMT, Avropa Şurası, ATƏT, Avropa İttifaqı və digər beynəlxalq təşkilatların qəbul etdikləri qərar və qətnamələrdə Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu açıq şəkildə təsdiq edilir.
Azərbaycanın məhkəmə-hüquq tarixində ən mühüm hadisələrdən biri də 2023-cü il iyulun 14-də baş verib. Həmin gün Konstitusiya Məhkəməsinin hakimləri və məsul əməkdaşlarından ibarət nümayəndə heyəti Məhkəmənin Plenumunda baxılmış üç iş üzrə qərarları Şuşa şəhərində elan edib.
Ermənistanın hərbi təxribatları Vətən müharibəsindən sonrakı dövrdə də davam etdirilib. Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə 2023-cü il sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirləri başlanılıb. 23 saatdan 43 dəqiqə müddətində Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı əməliyyatlar nəticəsində qarşıya qoyulan strateji hədəflərə uğurla nail olunub. Sentyabrın 19-20-də Azərbaycan növbəti möhtəşəm Zəfərə imza atıb və ölkəmizin dövlət suverenliyi tam bərpa edilib. Qazanılan Qələbə sayəsində dövlətimizin Əsas Qanununun hüquqi qüvvəsi və ədalət işğaldan azad edilmiş bütün torpaqlarımızda bərpa olunub. Konstitusiyada təsbit edilmiş hüquqların tam şəkildə bərpası üçün real zəmin yaranıb. Torpaqların azad olunması həm də vətəndaşlarımızın konstitusiya hüquqlarının bərpasının təminatıdır.

Paylaş:
Digər xəbərlər

Gündəm

30-01-2025, 16:10

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirilib

---

3-02-2025, 14:50

Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi

Siyasət

26-05-2025, 07:48

Cənubi Afrika Respublikasında Azərbaycanın Müstəqillik Günü qeyd olundu

Gündəm

12-11-2025, 09:34

Prezident İlham Əliyev 12 Noyabr - Konstitusiya Günü ilə bağlı paylaşım etdi

Gündəm

12-12-2024, 10:51

İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdilər

Araşdırma
ŞƏKİ YAYLASINDA ACINACAQLI VƏZİYYƏT: TURİSTİN TƏHLÜKƏSİ KİMİN MƏSULİYYƏTİNDƏDİR?
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Hadisə
2-09-2026, 21:30
İmişlidə avtomobil yanıb
2-09-2026, 20:30
MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
31-08-2026, 16:00
Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
28-08-2026, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
28-08-2026, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • 2-09-2026, 23:50
    “Boeing” təhlükəsizlik pozuntularına görə 3,1 milyon dollar cərimə ödəyib
  • 2-09-2026, 23:15
    ABŞ Prezidenti Venesuelada seçkilərin keçirilməsini istədiyini bildirib
  • 2-09-2026, 23:00
    Sabah paytaxtda və ölkənin bəzi rayonlarında elektrik enerjisinin verilişi məhdudlaşdırılacaq
  • 2-09-2026, 21:30
    Zeynəb və Serkay evləndi - (Foto)
  • 2-09-2026, 21:30
    Argentina Folklend adaları ilə bağlı Böyük Britaniyaya yenidən xəbərdarlıq edib
  • 2-09-2026, 21:30
    İmişlidə avtomobil yanıb
  • 2-09-2026, 20:30
    MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş
  • 2-09-2026, 19:30
    Qəhvəyi mərmər bağacığının yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir
  • 2-09-2026, 16:00
    DİM sədri magistratura üzrə nəticələri açıqladı - Bu ixtisaslarda yerlər doldu
  • 1-09-2026, 23:45
    "1 milyon dollar böyük məbləğ deyil"
  • 1-09-2026, 23:39
    Qurudan atılan "ÇAKIR" dənizdəki hədəfi məhv etdi
  • 1-09-2026, 23:38
    Özbəkistan rus qırıcılarından imtina etdi — Bu ölkə ilə razılığa gəldilər
  • 1-09-2026, 23:00
    Milli Məclisin sədri Sahibə Qafarova Kamerunun Baş naziri ilə görüşüb
  • 1-09-2026, 22:30
    Sahibə Qafarova Əlcəzair Milli Xalq Assambleyasının sədri ilə görüşüb
  • 1-09-2026, 22:00
    Fransada müəllimlərin həmkarlar ittifaqı yeni tədris ili ilə bağlı narahatdır
  • 1-09-2026, 22:00
    ABŞ İran hədəflərinə zərbələr endirməyə başlayıb
  • 1-09-2026, 21:30
    Baş nazir: “Brexit” ölkə iqtisadiyyatına vurulan zərəri daha da ağırlaşdırdı
  • 1-09-2026, 21:00
    İordaniya mətbuatı Azərbaycan və Ermənistan liderlərinin Bişkek görüşündən yazıb
  • 1-09-2026, 19:30
    Anar Bayramov bu xanıma yüksək vəzifə verdi
  • 1-09-2026, 18:30
    CNOOC Azərbaycanda enerji layihələrində iştirak etməkdə maraqlıdır
  • 1-09-2026, 17:00
    Lamiyyə Ələkbərovaya yüksək vəzifə verildi
  • 1-09-2026, 14:30
    Sülh sazişi üçün YENİ mərhələ başlayır
  • 1-09-2026, 05:00
    Roza Zərgərli prezidentlərin qarşısında çıxış etdi
  • 31-08-2026, 23:43
    2026-cı ilin “Qızıl top” namizədləri bu tarixdə açıqlanacaq
  • 31-08-2026, 22:00
    Okeana 62 ton soda tökdülər
  • 31-08-2026, 21:00
    Sabah da yağış yağacaq
  • 31-08-2026, 18:30
    Yumşaq dabanlar cəmi 10 dəqiqəyə: Sadə ayaq vannası nədir?
  • 31-08-2026, 16:00
    Gədəbəydə 34 il əvvəl törədilən qətlin üstü açıldı
  • 31-08-2026, 16:00
    Politoloq: "Yeni zərbələr daha geniş müharibəyə çevrilə bilər"
  • 31-08-2026, 15:30
    2026-cı ilin ən yaxşı büdcə smartfonları: Siyahıda "iPhone" da var
  • 31-08-2026, 15:30
    Məşhur türk brendinin təsisçisi ailə qurdu: 14 illik dostluq sevgiyə çevrildi — FOTOLAR
  • 31-08-2026, 14:30
    Bu zeytun yağında xərçəng yaradan maddə aşkarlandı
  • 31-08-2026, 14:30
    Prezidentə təqdim edilən əşyalar nədir? — FOTOLAR
  • 31-08-2026, 14:00
    "Bu günədək 32 kütləvi məzarlıq aşkar edilib"
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə