• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Araşdırma
  • Hadisə
  • Müsahibə
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video

Cənubi Afrika Respublikasında Azərbaycanın Müstəqillik Günü qeyd olundu

Siyasət

26-05-2025, 07:48

Azərbaycanın Müstəqillik Günü münasibətilə ölkəmizin Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.
Səfirlikdən Presedenttv.com-a bildirilib ki, paytaxt Pretoriyanın “Pretoriya Country Club” salonunda 150-yə yaxın qonağın iştirakı ilə keçirilən qəbulda hakim “Afrika Milli Konqresi” partiyasının ən nüfuzlu siyasətçilərindən olan Parlamentin Xarici Əlaqələr və Əməkdaşlıq Komitəsinin sədri Supra Mahumapelo, CAR Xarici İşlər Nazirliyinin Mərkəzi və Şərqi Avropa, Nordik və Baltik ölkələri idarəsinin rəisi Pumzile Mazibuko, nazirliyin əməkdaşları, CAR-da akkreditə olunan diplomatik korpusun duayeni və regional duayenlər, ölkədəki xarici dövlətlərin nümayəndəliklərinin rəhbərləri və diplomatları, media və ictimai dairələrin əməkdaşları, iri şirkətlərin yüksəkvəzifəli şəxsləri iştirak ediblər.
Tədbirin rəsmi hissəsi Azərbaycan Respublikasının və Cənubi Afrika Respublikasının Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Açılış mərasimində çıxış edən diplomatik missiyamızın rəhbəri Hüseyn Rəhimli 1918-ci il mayın 28-də yaradılan və bu il 107-ci ildönümü qeyd olunan Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk demokratik parlament respublikası olduğunu, müstəqilliyinin 23 ay davam etməsinə rəğmən mövcudluğunun ilk günlərindən öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirərək, demokratik dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirdiyini, Şərqdə ilk dəfə, hətta ABŞ və bəzi Avropa ölkələrindən əvvəl qadınlara seçki hüququ verdiyini qeyd edib. Bildirib ki, qısa müddət ərzində hökumət yaradılıb, bayraq, himn kimi dövlət atributları təsis edilib, dövlət quruculuğu sahəsində mühüm qərarlar qəbul olunub və respublikanın beynəlxalq münasibətlər sisteminin subyekti qismində tanınması istiqamətində addımlar atılıb.
Müvəqqəti işlər vəkili H.Rəhimli bugünkü müstəqil Azərbaycan dövlətinin AXC-nin hüquqi varisi olaraq Cümhuriyyətin bütün demokratik ənənələrinə sadiq qaldığını və bu ənənələri yaşadaraq daha da inkişaf etdirdiyini qonaqların diqqətinə çatdırıb.
O, 1990-cı illərin əvvəllərində sovet hakimiyyətinin süqutundan və müstəqilliyimizin bərpa olunmasından sonra müşahidə edilən çətin dönəmdə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti nəticəsində ölkəmizin davamlı inkişaf yoluna qədəm qoyduğunu və beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artdığını qeyd edib. Bildirib ki, dahi rəhbərin uzaqgörən siyasəti nəticəsində güclü dövlət institutları yaradılıb, ölkəmiz Avropa Şurasının üzvü olub, habelə elə bu gün Avropanın enerji təhlükəsizliyinə töhfə verən Bakı-Tbilisi-Ceyhan kimi mühüm enerji layihəsi həyata keçirilib. Çıxışda 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Konstitusiyasının qəbul edilməsindən, bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasından da söz açılıb.
Diqqətə çatdırılıb ki, hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmiz istər regional, istərsə də qlobal miqyasda müstəqil siyasət yürüdən, etibarlı və güclü bir dövlətə çevrilib. Otuz il ərzində erməni işğalı altında olan torpaqlarımız Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən azad edilib, üçrəngli Bayrağımız bütün şəhərlərimizdə qürurla dalğalanır.
H.Rəhimli CAR ilə ikitərəfli münasibətlərin mövcud durumu və inkişaf perspektivləri, əlaqələrin daha da genişləndirilməsi, o cümlədən iki ölkə arasında mövcud səmərəli əməkdaşlıq imkanları barədə də danışıb.
CAR Parlamentinin Xarici Əlaqələr və Əməkdaşlıq Komitəsinin sədri Supra Mahumapelo və XİN-in Mərkəzi və Şərqi Avropa, Nordik və Baltik ölkələri idarəsinin rəisi Pumzile Mazibuko Azərbaycan xalqını milli bayram münasibətilə təbrik edib və ən xoş arzularını bildiriblər. Onlar ikitərəfli münasibətlərin inkişaf imkanları, qarşılıqlı maraq doğura biləcək əməkdaşlıq istiqamətləri barədə fikirlərini bildirərək, Azərbaycanın əldə etdiyi uğurların sevindirici hal olduğunu, müstəqilliyinin 107-ci ildönümünü qeyd edən Azərbaycanın təcrübəsindən yararlanmağın faydalı ola biləcəyini, yaşıl enerji sahəsində mühüm addımlar atan ölkəmizlə əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb, ölkəmizdə uğurla keçirilən COP29 tədbirinin və orada qəbul edilən qərarların əhəmiyyətini yüksək qiymətləndiriblər.
Qəbul bədii hissə ilə davam edib.

Paylaş:
Digər xəbərlər

Siyasət

15-02-2025, 18:26

Azərbaycan və Qvineya arasında bir sıra sahələr üzrə əməkdaşlıq imkanları müzakirə olundu

Siyasət / İqtisadiyyat

22-03-2025, 06:02

Parisdə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsinin 54-cü yüksək səviyyəli iclası keçirilib

---

26-05-2025, 13:30

28 May – Müstəqillik Günü Ankarada geniş qeyd olundu

Dünya

24-05-2025, 19:31

Gürcüstan səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik etdi

Siyasət

18-04-2025, 15:36

Prezident İlham Əliyev Sloveniyanın xarici işlər nazirini qəbul etdi.

Araşdırma
Bakıya “yağış yağan” avtobuslar gətirilib
Azərbaycanın bu kəndində 150 min adam yaşayır
Güzdəkdə daş karxanası: təhlükəsizlik qaydaları niyə gözardı edilir?
Tarkanı dinləmək üçün 18 min manat ödəyəcəklər
Xərçəngə qarşı vaksin hazırlanır: İlk sınaq uğurlu oldu
Tahir Əmiraslanovun yerinə o təyin olundu
Hadisə
Dün, 23:30
Naxçıvanda avtomobil piyadanı vurub
Dün, 18:30
Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
27-08-2026, 23:00
Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
25-08-2026, 08:31
Türkiyədə avtobusla yanacaq tankeri toqquşdu, 35 nəfər yaralandı
24-08-2026, 12:09
Qəzaya düşən xalq artistinin vəziyyəti açıqlandı
23-08-2026, 12:39
Qazaxda iki avtomobil toqquşub, 3 nəfər ölüb
Son xəbərlər
  • 21-03-2026, 21:45
    Vətənpərvərlər Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə iftar süfrəsi təşkil olundu
  • Bugün, 15:00
    Böyük Britaniya ixracdan ildə 11,7 milyard funt sterlinq itirir
  • Bugün, 13:30
    Fransada yanğınsöndürənlər ayağa qalxır: Uzunmüddətli tətil xəbərdarlığı
  • Bugün, 12:00
    Kral Harald Akershus qalasındakı gizli sarkofaqda dəfn ediləcək
  • Bugün, 10:00
    Nepalda daşqın nəticəsində ölənlərin sayı 626-ya çatıb
  • Bugün, 10:00
    Bu gün Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Mübarizə Günüdür
  • Bugün, 09:30
    Rusiyanın hava hücumundan sonra Jitomir şosesi yaxınlığında partlayışlar baş verib, ölənlər var
  • Dün, 23:30
    Naxçıvanda avtomobil piyadanı vurub
  • Dün, 22:30
    Hesablama Palatasında kollegiya iclası olub
  • Dün, 22:00
    Türkiyədə meşə yanğını: bəzi evlər boşaldılır
  • Dün, 21:30
    Qusarın Yasab, Həzrə, İmamqulukənd və Qaratoba kəndlərində yeni məktəb binaları inşa olunacaq
  • Dün, 18:30
    Bakıda və İmişlidə ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
  • Dün, 18:00
    ® “PAŞA Holding”in və “YAŞAT” Fondunun birgə təşkilatçılığı ilə altıncı “Məktəbli ləvazimatları” layihəsi reallaşdırılır
  • Dün, 17:30
    "Qarabağ"ın sabiq baş məşqçisi: Məğlubiyyəti qəbul etmək çətindir
  • Dün, 17:00
    Norveç kralı vəfat etdi
  • Dün, 13:02
    Beyons Kolumbiyadakı zəlzələ qurbanlarına 1 milyon dollar yardım edəcək
  • Dün, 12:59
    ABŞ Venesuelada neft yataqlarının işlənməsi üçün saziş imzalaya bilər
  • Dün, 12:49
    Çinin Tibet bögəsindəki daşqında ölənlərin sayı artıb
  • Dün, 12:45
    Harri Keyn Bundesliqada tarixi rekorda yaxınlaşır
  • Dün, 12:42
    Azərbaycan üzgüçüləri Maltada yarışacaqlar
  • Dün, 09:30
    İtaliyada 5-ci istilik dalğası: Temperatur 45 dərəcəyədək yüksələcək
  • 27-08-2026, 23:00
    Azərbaycanlı dənizçinin meyiti aşkarlandı
  • 27-08-2026, 22:44
    Avqust ayının 28-də ilin son tutulma hadisəsi baş verəcək.
  • 27-08-2026, 22:36
    Elnarə Təhməzova tələbə oldu
  • 27-08-2026, 22:29
    Maksim Qalkinin Bakı paylaşımı - Fotolar
  • 27-08-2026, 22:00
    Azərbaycanın xarici işlər nazirinin müavini İslam Əməkdaşlıq Təşkilatının fövqəladə iclasında iştirak edib
  • 27-08-2026, 21:30
    Yeni təmayül tədris modeli tətbiq edilən məktəblərin məzunlarının universitetlərə qəbul nəticələri açıqlanıb
  • 27-08-2026, 15:30
    “Qarabağ”-“Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
  • 27-08-2026, 14:51
    Ölkənin ən varlı sənətçisi odur
  • 27-08-2026, 12:58
    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
  • 27-08-2026, 11:30
    Robert Köçəryan barəsində həbs qətimkan tədbiri seçilib
  • 27-08-2026, 11:00
    Nepalda daşqın zamanı itkin düşən turistlərin vətəndaşlıqları açıqlanıb - SİYAHI
  • 27-08-2026, 10:48
    “Meta” uşaqların sosial şəbəkə asılılığı ilə bağlı 18 milyard dollarlıq razılaşma əldə edib
  • 27-08-2026, 10:30
    Dünya birjalarında neft ucuzlaşıb
  • 27-08-2026, 10:19
    Qızıl və gümüşün bahalaşması davam edir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Təsisçi: İntizar Əmirova
  • Telefon: (+99455) 429 29 47
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Cəmiyyət
  • Hadisə
  • Müsahibə
  • Araşdırma
  • Mədəniyyət
  • Dünya
  • İdman
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Presedenttv.com-un məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə