Avropa Parlamenti üzvlərinin böyük əksəriyyəti sağçı Avropa Vətənpərvərləri qrupu tərəfindən irəli sürülən etimad təklifində mərkəz-sağçı Avropa Komissiyasının Prezidentini dəstəkləyib. Belə ki, Avropa Parlamentinin 720 üzvündən 565-i səsvermədə iştirak edib, onların yalnız 165-i Aİ Komissiyasının rəhbərinin əleyhinə səs verib. Qalan 390 qanunverici Ursula Fon der Lyayeni dəstəkləyib, 10 nəfər isə bitərəf qalıb. Səsvermə zamanı onun özü Strasburqda deyildi.