fermerlər traktorlarla Belçika paytaxtına daxil olaraq Aİ Şurasının binası istiqamətində yürüş ediblər. Etirazçılar sazişin Avropa fermerləri üçün ədalətsiz rəqabət yaradacağını bildiriblər. Aksiyada on min nəfərin iştirak etdiyi və onların əksəriyyətinin Fransadan gəldiyi bildirilir. Etirazlar, həmçinin Aİ-nin kənd təsərrüfatına ayrılan subsidiyalarda mümkün ixtisarlar və Brüsselin tətbiq etdiyi qaydalara qarşı yönəlib. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen iclasdan əvvəl Avropa fermer təşkilatı “Copa-Cogeca”nın nümayəndələri ilə görüşüb.