Qlobal fond bazarları əvvəlki sessiyada baş vermiş satışlardan sonra bərpa olunub, ABŞ xəzinə istiqrazlarının mövqeləri isə sabitləşib.
Brukinq İnstitutunun eksperti, ABŞ-ın keçmiş yüksək vəzifəli məmuru Filip Qordon “Reuters” agentliyinə bildirib ki, Donald Trampın çıxışından çıxarılan əsas nəticə onun Qrenlandiya ilə bağlı güc tətbiqi imkanını istisna etməsi olub.
“Zalda hamı rahat nəfəs aldı”, – deyə o bildirib.