Mətbuatda çıxışında Fransanın potensialına baxmayaraq, dövlətin yanlış idarə olunduğunu söyləyib. “Dövlət əsas vəzifələri ilə məşğul olmalıdır və Fransa risk edən insana yenidən dəyər verməyi öyrənməlidir”, – deyə Bardella vurğulayıb. O, İkinci Dünya müharibəsindən sonra Fransanın sürətli inkişafını xatırladaraq belə davam edib: “1945-ci ildə Fransa diz çökdürülmüşdü. Amma on il sonra ölkə 30 illik iqtisadi yüksəliş dövrünə qədəm qoydu. Çünki o zaman sahibkara və işə götürənə tam etibar var idi”.