Qış mövsümündə havaların kəskin soyuması səbəbindən su sayğaclarının donaraq sıradan çıxmaması üçün mütəxəssislər əhaliyə bir sıra tövsiyələr verirlər.
Belə ki, sakinlərə məsləhət görülür ki, su sayğaclarının giriş ventili bağlansın, çıxış ventili isə açıq saxlanılsın. Eyni zamanda sayğac qutularının içərisi ağac yonqarı, parça və ya başqa istilik saxlayan materiallarla doldurulmalı, qutunun qapısı möhkəm bağlanmalıdır.
Açıq havada qalan borular və sayğaclar isti materiallarla (penoplast, izolyasiya lentləri və s.) sarınaraq qorunmalıdır. Bu tədbirlər su sayğaclarının və boruların donmasının qarşısını almaqla yanaşı, ehtimal olunan maddi zərərlərin də qarşısını alacaq.
Mütəxəssislər bildirir ki, düzgün tədbir görülmədiyi halda sayğac və borularda baş verən zədələnmələrə görə məsuliyyət istifadəçinin üzərinə düşür.
Qışa hazır olun, sayğaclarınızı qoruyun!