“dTest” Çexiya istehlakçı təşkilatı Çexiya, Sloveniya və Macarıstandan olan 21 nümunəni araşdıraraq testlər aparıb. Uşağın əmzikdən istifadəsini simulyasiya etmək üçün hər bir məhsul bədən temperaturunda süni tüpürcək məhluluna salınıb və sonra kimyəvi maddələr emissiyalarını təhlil ediblər.
Nəticələr həyəcan verici olub. Hamısının “BPA-sız” etiketlənməsinə baxmayaraq, dörd modeldə BPA aşkar edilib.
Ən yüksək səviyyə (19 μg/kq) “Curaprox Baby Grow With Love”da aşkar edilib - Aİ limitindən (10 μg/kq) demək olar ki, iki dəfə çoxdur. “Sophie la Girafe” əmziyində qatılıq 3 mkq/kq təşkil edib. “Philips Avent Ultra Air”də isə 2 mkq/kq. Temu bazarından alınan daha bir nümunədə də BPA aşkarlandı.