Donald Trampın Rusiyanın Ukraynaya qarşı başladığı müharibənin tənzimlənməsində mövqeyi dəyişməyib. Səslənən təklifin həlli isə mürəkkəb görünür.
“Donald Tramp həmişə təkrarlayır ki, hər iki tərəfin qoşunları olduğu yerdə dayansın və atəşkəs əldə edilsin. Bu, sözdə asandır, ancaq praktik həlli çox çətindir. Çünki Rusiya cəbhə bölgəsində əməliyyatlarını dayandırmağa hazırlaşmır, onlar hesab edirlər ki, müharibədə qalib gələcəklər. Digər tərəfdən müharibəni dayandıra bilməzlər, onlar bunun üçün külli miqdarda pul xərcləyiblər.