Şimali Amerikada aparılan sınaqlar göstərib ki, test xərçəngin geniş spektrini müəyyənləşdirə bilir və bu xəstəliklərin təxminən dörddə üçü üçün hal-hazırda heç bir erkən diaqnostika proqramı mövcud deyil.
Məlumata görə, aşkarlanan halların yarıdan çoxu xəstəliyin erkən mərhələsində olub ki, bu da müalicənin daha effektiv və bəzən tam sağalma ilə nəticələnməsi üçün əsas amillərdəndir.
ABŞ-ın “Grail” adlı əczaçılıq şirkəti tərəfindən hazırlanmış “Galleri” testi şişdən qoparaq qan dövranına düşən xərçəngə xas DNT fraqmentlərini aşkar edir. Hazırda bu test Böyük Britaniyanın Milli Səhiyyə Xidməti (NHS) tərəfindən də sınaqdan keçirilir.