Bu, olduqca nadir hadisədir, çünki, bu ölçüdə obyektlər Yerə min ildən bir bu qədər yaxınlaşır.
Apofisin forması Amerika futbolu topunu xatırladır. O, uzununa dartılmış şəkildə öz oxu ətrafında fırlanaraq irəliləyir. Asteroidin uzunluğu təxminən 450 metrdir ki, bu da təxminən dörd futbol meydançasına bərabərdir. Orta diametri 340 metr təşkil edir ki, bu da təxminən Eyfel qülləsinin hündürlüyünə bərabərdir. Bu göstəricilər onu Yerə bu qədər yaxın keçən ən iri asteroidlərdən birinə çevirir.
“Bu cür hadisə yalnız min ildə bir dəfə baş verir”, – deyə Kiruna şəhərindəki Kosmik Fizika İnstitutunun (IRF) professoru Stas Barabaş qeyd edir. Onun sözlərinə görə, asteroid Cənubi Avropa, Şimali Afrika, Yaxın Şərq və Qərbi Asiya sakinləri tərəfindən adi gözlə də görünəcək və o, parlaq və sürətlə hərəkət edən ulduza bənzəyəcək.