Türkiyənin daxili işlər naziri Ali Yerlikayanın bildirdiyinə görə, ekstradisiya edilən şəxslərin bir qismi İnterpolun “qırmızı bülleteni” əsasında, digərləri isə milli axtarış xətti ilə axtarılırdı. Şübhəlilər Gürcüstan, Almaniya, Bolqarıstan, ABŞ, Xorvatiya, İsveçrə, Monteneqro, Rusiya və Yunanıstandan Türkiyəyə gətirilib.