bu barədə “The Wall Street Journal” qəzeti mənbələrə istinadla məlumat yayıb.
“Sunrise” adlanan layihə “bombalanmış anklavın parlaq bir metropolisə” çevrilməsini nəzərdə tutur. Amerika tərəfinin hesablamalarına görə, layihənin icrası 10 il çəkəcək və 112,1 milyard dollara başa gələcək. Nəşr qeyd edir ki, planda Qəzzanın yenidən qurulmasının hansı ölkələr və şirkətlər tərəfindən maliyyələşdiriləcəyi, eləcə də 2 milyon fələstinlinin yenidənqurma dövründə harada yaşayacağı göstərilmir.