nəşrin təhlilinə görə, bu qərar təkcə iqtisadi deyil, həm də geosiyasi və strateji xarakter daşıyır və Avropanın uzunmüddətli təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərir.
Məqalədə vurğulanır ki, Avropa uzun illər Rusiya qazına yüksək dərəcədə bağlı olub və bu asılılıq zamanla siyasi təzyiq alətinə çevrilib. Ukraynada müharibədən sonra formalaşan yeni reallıqlar isə Brüsseli enerji məsələsinə fərqli prizmadan yanaşmağa vadar edib. Bu kontekstdə Rusiya qazından mərhələli imtina enerji bazarının diversifikasiyası və strateji risklərin azaldılması məqsədi daşıyır.