Böyük Britaniyanın müdafiə nazirinin müavini Alister Karns bu barədə “The Daily Telegraph” qəzetinə müsahibəsində deyib. “Son 50-60 il ərzində biz Amerikanın təhlükəsizlik zəmanətlərinə güvənmişik. Hazırda ABŞ çoxqütblü təhdidlərlə üzləşib. Birləşmiş Ştatların Prezidenti Donald Tramp NATO-nun 5-ci maddəsini dəstəklədiyini bildirsə də, həm Şərqdə, həm də Qərbdə baş verənlər nəzərə alınmalıdır. Əvvəllər təhlükəsizliyimizi ABŞ-a həvalə edirdik. Bu yanaşmanı Avropada kollektiv şəkildə, Böyük Britaniyada isə fərdi olaraq dəyişdirmişik”, - deyə Alister Karns bildirib.