bu tarixi BMT Baş Assambleyası tərəfindən 1948-ci il dekabrın 10-da irqindən, dərisinin rəngindən, cinsindən, dilindən, dinindən, siyasi və ya digər fikirlərindən, milli və ya sosial mənşəyindən, mülki, silki və ya digər vəziyyətindən asılı olmayaraq hər bir insana xas olan ayrılmaz hüquqları elan edən əlamətdar sənəd olan Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin (ÜİHB) qəbul və elan edilməsi ilə əlaqədar seçilib. Milyonlarla insanın yaşamaq hüququ da daxil olmaqla, bütün mümkün hüquqları tapdalayan dəhşətli İkinci Dünya müharibəsindən demək olar ki, dərhal sonra qəbul edilən bu sənəd insan hüquqları ilə bağlı müddəaları formalaşdıran ilk qlobal sənəd oldu.