İtaliyanın xarici işlər naziri və Baş nazirin müavini Antonio Tayani bu barədə “Corriere della Sera” qəzetinə müsahibəsində deyib. “Bizim bacarıqlı milli liderlərimiz olsa da, Alçide De Qasperi (İtaliyanın 1945-ci ildən 1953-cü ilə qədər Baş naziri), Helmut Kol (Almaniyanın sabiq kansleri) və ya Fransua Mitteran (Fransanın keçmiş Prezidenti) kimi şəxsiyyətlərimiz yoxdur”, - deyə Antonio Tayani bildirib.