KƏŞ ölkələri bu narahatlıqlarının üç əsas riskdən qaynaqlandığını bildirirlər. Onlar düşünürlər ki, Avropa İttifaqı bu təlimatlarla davamlılıq anlayışını öz interpretasiyalarında böyük beynəlxalq şirkətlərə tətbiq edirlər. Bundan başqa, həmin şirkətlərə insan haqları və ekologiya ilə bağlı qanunvericilik aktlarını qəbul etdirmək istəyirlər. KƏŞ ölkələrini narahat edən məqamlardan biri də budur ki, bununla beynəlxalq müqavilələrin əhatə dairəsindən kənarda iqlim dəyişikliyi üzrə planların təqdim olunması şirkətlər qarşısında öhdəlik kimi qoyulur.