Bu nüfuzlu mükafata dünyanın ən yaxşı müasir memarlıq layihələri layiq görülür.
Muzeyin direktoru Mariya Mediaas Yörstad komandanın bu mükafatdan inanılmaz dərəcədə xoşbəxt və qürurlu olduğunu və bunun ilk növbədə layihənin memarlarının xidməti olduğunu vurğulayıb.
Keçən il açılan Kunstsilo Muzeyində Norveç Neft Fondunun rəhbəri Nikolaj Tangenin kolleksiyası da daxil olmaqla təxminən 7500 sənət əsəri saxlanılır. Muzey bundan əvvəl İspaniyanın nüfuzlu memarlıq mükafatını alıb.
Parisdə keçirilən mükafatlandırma mərasiminə Kristiansann meri Matias Bernander də daxil olmaqla Norveç nümayəndə heyəti gəlib.