Daşqın və torpaq sürüşməsi nəticəsində 634 nəfər itkin düşüb.
Zərər çəkən əyalətlərdəki yerli orqanların nümayəndələri bildiriblər ki, elektrik enerjisinin kəsilməsi və yol probleminə görə humanitar yardıma çıxış bloklanıb.
Rəsmilər bildirirlər ki, insanlar xəstələnir və nəticələrin aradan qaldırılması üçün vəsait qalmayıb.
Lakin prezidentin sözçüsü Prasetyo Hadi bildirib ki, İndoneziyanın 500 milyard rupi (30 milyon ABŞ dolları) dəyərində büdcəsi fəlakətlərin aradan qaldırılması üçün kifayətdir. O, zəruri hallarda bu məbləğin artırıla biləcəyini əlavə edib.