Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada hökumət iclasının yekunlarına dair keçirilən brifinqdə deyib.
Onun sözlərinə görə, Ankara özünün xüsusi dəniz zonasındakı gəmiçiliyə, insanların həyatına və ekoloji vəziyyətə yönəlmiş təhlükələri heç bir halda əsaslandırıla bilən hal kimi qəbul etmir: “Belə hallarda biz müvafiq tərəflərin hamısını xəbərdar edirik”.
Dövlət başçısı əlavə edib ki, Ankara Rusiya və Ukrayna arasındakı müharibənin dayandırılmasına yönəlmiş son həftələrin proseslərini diqqətlə izləyir. “Hər fürsətdə sülh səylərinə töhfə verməyə hazır olduğumuzu bəyan edirik”, – deyə Türkiyə lideri vurğulayıb.