Bu, Berlində keçirilən Almaniya-Polşa hökumətlərarası 17-ci məsləhətləşmə iclası çərçivəsində baş verib.
“Tagesschau” xəbər xidmətinin məlumatına əsasən, 1215-1466-cı illərə aid sənədlər İkinci Dünya müharibəsi zamanı alman ordusunun Polşanı işğalı dövründə Varşavadakı bir arxivdən götürülərək Almaniyaya gətirilib. Onlar uzun müddət gizli dövlət arxivində saxlanılıb. Həmin vaxt Polşadan 74 sənəd götürülsə də, onlardan biri gətirilərkən itmiş hesab edilir. Bundan əlavə, Müqəddəs Yakovun heykəlinin baş hissəsi də Polşaya qaytarılıb.
Almaniyanın mədəniyyət üzrə dövlət naziri Volfram Vaymer sənədləri polşalı həmkarı Marta Tsenkovskaya təqdim edib.