Bu barədə Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutu (SIPRI) məlumat yayıb.
Hesabata görə İnstitutun reytinqində yer alan şirkətlərin gəlirləri son 10 ildə 26 faiz artıb. Artımın başlıca səbəbi Rusiya-Ukrayna müharibəsi, Yaxın Şərqdə vəziyyət və çox sayda lokal münaqişə ocaqlarıdır.
Silah istehsalında liderlik yenə də ABŞ-a aiddir. SIPRI-nin siyahısındakı ilk yüzlükdə yer alan şirkətlərdən 39-u bu ölkənindir. Onların hərbi sifarişlərlə bağlı gəlirləri 3,8 faiz artaraq 334 milyard dolları keçib. Başqa sözlə, 100 ən böyük şirkətin silah satışından əldə etdiyi gəlirlərin yarısı ABŞ korporasiyalarına aiddir. Burada “Lockheed Martin Corp”, RTX və “Northrop Grumman Corp” xüsusilə fərqlənir.