London Universitet Kollecinin (UCL) mətbuat xidmətinin məlumatına görə, bu kəşf uşağın böyüdüyü mühitin və qidalanma vərdişlərinin formalaşmasında dolayı genetik faktorların mühüm roluna işarə edir.
Alimlər bildirirlər ki, ananın genetikası onun övladlarının çəkisinə və piylənmə ehtimalına daha çox təsir edir. Müşahidələr göstərir ki, anaların genləri uşağın inkişaf etdiyi mühitin formalaşmasında həlledici rol oynayır ki, bu da dolayısı ilə onların bədən kütləsi indeksində özünü göstərir.
Tədqiqatçılar 2,6 min britaniyalı ailənin həyat və sağlamlığının hərtərəfli monitorinqindən sonra bu qənaətə gəliblər. Artıq 25 ildir ki, alimlər ata, ana və uşağın həyat və fəaliyyətlərinin müxtəlif aspektlərinin bədən kütləsi indeksinə və 3-17 yaşarası insanlarda piylənmənin inkişaf ehtimalına necə təsir etdiyini müşahidə edirlər.