Tədbirdə dünyanın müxtəlif ölkələrindən parlament spikerləri, o cümlədən Milli Məclisin sədri Sahibə Qafarova iştirak edirlər.
Forumun əsas məqsədi parlamentarilər arasında təcrübə mübadiləsini asanlaşdırmaq, qarşıdakı onillik üçün Fəaliyyət Proqramının prioritetlərinin qanunvericilik və digər fəaliyyətlərə daxil edilməsi üzrə konkret tədbirlərin işlənib hazırlanması ilə bağlı dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin qanunverici orqanlarına tövsiyələr hazırlamaq və yaymaqdır. Bu tədbir Vyana Fəaliyyət Proqramının həyata keçirilməsi təcrübəsini bölüşməyə, o cümlədən yerli, milli və regional səviyyələrdə parlamentarilərin siyasi fəaliyyəti ilə Avaza Fəaliyyət Proqramının sürətləndirilmiş icrasını təşviq etməyə imkan verəcək.