İsrailin dövlət başçısı bu barədə “Newsweek” jurnalına müsahibəsində deyib. İshaq Hersoq İslamın beşiyi ilə yəhudiliyin beşiyinin birlikdə dünyanı dəyişə biləcəyinə inandığını bildirib. Onun sözlərinə görə, Ər-Riyadla sülh həm şəxsən onun üçün, həm də bütün region üçün vacib hadisə olacaq. Dövlət başçısı, həmçinin qeyd edib ki, Yaxın Şərqin gələcəyi müsəlmanlarla yəhudilər arasında dialoqdan asılıdır.