Həyat yoldaşından boşanan Li Dongju adlı çinli qadın düşdüyü depressiyadan çıxmaq üçün velosipedlə dünyanı gəzməyə qərar verib.
PresedebntTv.com xəbər verir ki, 2015-ci ildə səyahətə başlayan 66 yaşlı qadın artıq 3 fərqli qitədə 12 ölkəni gəzib.
O, uzunməsafəli səyahətlərin həyatını dəyişdirdiyini və düşdüyü ağır depressiyadan çıxmağa kömək etdiyini deyir.
Linin gəzdiyi ölkələr arasında Kamboca, Fransa və Avstraliya kimi fərqli mədəniyyətə sahib ölkələr yer alır.
O, velosipedlə dünyanı gəzməzdən əvvəl özünü zəif bir qurbağa kimi hiss etdiyini, indi isə vəhşi bir qurda çevrildiyini deyir.
Linin hədəfi ən az 100 ölkəni velosipedlə gəzməkdir.