Presedenttv.com xəbər verir ki, xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 28-də nəqliyyat məsələlərinə həsr olunmuş müşavirə keçirib. Həmin müşavirədə Bakı və Abşeronda tramvay xətlərinin çəkiləcəyi haqda müzakirə aparılıb. Aparılan müzakirələrdən biri də ictimai nəqliyyatın fərdi nəqliyyat vasitələrindən üstün olmasını təşkil etməklə bağlı olub.
Bakıda ictimai nəqliyyat o qədər əlverişli sayılmır. A nöqtəsindən B nöqtəsinə getmək üçün əlavə marşrut dəyişməli olursan. Tez-tez avtobus və metrodan istifadə ilə bağlı çağırışlar edilir.