Bu barədə məlumat ABŞ Müdafiə Nazirliyinin Konqresə göndərdiyi sorğuda əksini tapıb.
Ekspertlər həmin qərarı Birləşmiş Ştatların müdafiə naziri Pit Heqsetin növbəti beş il ərzində hərbi xərclərin 8 faiz azaldılması planına uyğun olaraq 2026-cı maliyyə ili büdcəsinə yenidən baxması ilə əlaqələndirirlər.
Xatırladaq ki, bir müddət öncə Pit Heqset Silahlı Qüvvələr və Milli Qvardiya da daxil olmaqla, 120-dən çox yüksəkrütbəli zabit vəzifəsini ixtisar etmək niyyətində olduğunu bildirib. O, həmçinin növbəti beş il ərzində Müdafiə Nazirliyinin büdcəsinin azaldılması planını açıqlayıb.