İtaliyanın Siciliya adasındakı vulkan kül və lava püskürməyə başlayıb. Vulkanın cənub-şərqindəki kraterdən güclü lava axını müşahidə olunub. Hündürlüyü təxminən 3330 metr olan Etnanın püskürdüyü kül və toz dumanı vulkanın şərqində minlərlə metr yüksəkliyə qalxıb və böyük əraziyə yayılıb.